128
də, digərində isə arxası üstə basdırılmışdı (Muradyan F., 2014, s.
341-342).
Eyni kurqanda həm böyrü, həm də arxası üstə basdırılmış ske-
letlərə rast gəlinməsi ilk dövrlərdən etibarən protooğuz-qəpçaqlarla
protoqıpçaq-bulqarların bir yerdə yaşadıqlarından xəbər ver-
məkdədir və bu hal VII əsrə qədər, yəni İslama qədər, başqa sözlə,
vahid Azərbaycan xalqının formalaşması başa çatana qədər belə
davam etmiş, yalnız xristian qıpçaqlar (albanlar) bu prosesdən
kənarda qalmış, XVIII əsrə qədər müsəlman Azərbaycan türkləri
ilə birlikdə yaşasa da, XIX əsrdə sonra erməniləşmişlər (haylaş-
mışlar). Elə bu səbəbdən də hazırda ermənilərin (hayların) genetik
yapısında R1b 28 % təşkil edir, Zəngəzur və Qarabağ erməniləri
(hayları) içərisində isə bu göstərici 40 %-dən də çoxdur.
Maraqlıdır ki, bu gün bir vaxtlar İslamı qəbul edib türklü-
yünü qoruyan və Azərbaycan xalqının tərkib hissəsinə çevrilən
və xristian qalaraq erməniləşən eyni nəslin nümayəndələri də
məlumdur. Bu baxımdan Məliakaslanov və Məlikaslanyanları,
Məlikyeqanov və Məlikyeqanyanları və s. misal çəkmək olar.
Aşağıda təqdim edilən sənəd Marneulidə (Gürcüstan) yaşa-
yan bir nəfər Azərbaycan türkünün ən yaxın qohumlarını tapmaq
məqsədi ilə verdiyi gen analizinin cavabıdır. Analizlər onun ən
yaxın qohumunun bir nəfər erməni, daha doğru erməniləşmiş al-
ban olduğunu göstərmişdir.
Eyni alban nəslinin İslamı qəbul edərək türklüyünü qoruyan
və Azərbaycan xalqının tərkib hissəsinə çevrilən nümayəndəsi ilə
xristianlığını qoruyan və erməniləşən (haylaşan) iki
nümayəndəsinin genetik qohumluğunu təsdiq edən sənəd
Beləliklə, 5 və 6 №-li Sərdarabad (Aknaliç) kurqanları türk-
lərin Cənubi Qafqazda ən azı e.ə. 3700 il öncə, yəni 5700 il bun-
dan əvvəl yaşadıqlarının olduqca önəmli genetik pasportudur.
Küdürlü və Dübəndi kurqanlarının eneolit dövrünə aid etmə-
yin doğru olub-olmamasından asılı olmayaraq, qeyd etməliyik ki,
Güney Qafqaz ərazisindən e.ə. IV minilliyə aid çox sayda kurqan
aşkar edilib ki, onlardan bir qisminin dəqiq yaşı aparılmış radio-
karbon analizləri nəticəsində müəyyən edilmişdir. Bu da bizə er-
129
kən tunc mədəniyyətinin, başqa sözlə, Kür-Araz mədəniyyətinin
başlanğıc dövrünü dəqiq müəyyən etməyə imkan verir.
Bu barədə söhbətə keçməmişdən öncə Cənubi Qafqazda möv-
cud olmuş daha bir eneolit abidəsi – Gürcüstan ərazisindən tapılmış
Kavtisxevi kurqanı barədə bir iki söz deməyə ehtiyac var.
Tiflisdən 45 km şimal-qərbdə yerləşən Kavtisxevi kurqanı
1995 və 1998-ci illərdə Z.Maxaredze tərəfindən qazılmışdır. Öncə
sözügedən abidəni ilk tunc dövrünə aid edən arxeoloq Soyuqbulaq
kurqanlarının aşkarlanmasından sonra səhvini başa düşmüş və
kurqanın eneolit dövrünə aid olduğunu bəyan etmişdir.
Kurqanın üst örtüyü önəmli ölçüdə zədəli olsa da, onun öl-
çülərini müəyyən etmək mükün olmuşdur. Z.Maxaradzenin yaz-
dığına görə, onun hündürlüyü 1,5 m, diametri 25 m olub. Örtü-
yün aldında materikdə qurulmuş 1 m hündürlüklü, 4,4 m x 45 m
ölçülü qəbir kamerasında skeletə rast gəlinməyib. Döşəməsinə
gil qatı çəkilmiş kameranın şərq küncündə sadəcə bir saxsı qabın
üst hissəsi aşkar edilib (Makharadze, 2007, p. 123).
Dəqiq yaşı radiokarbon üsulu ilə müəyyənləşdirilmiş və IV
minilliyə aid olduğu heç bir şübhə oyatmayan, Kür-Araz mədə-
niyyətinə abidə olduğu təsbit edilən Uzun Rəmə, 1 №-li Şadılı və
Menteştəpə kurqanları mövzumuz baxımından daha böyük önəm
kəsb edir. Onların ilk ikisi B. Cəlilovun başçılıq etdiyi Göygöl-
Goranboy arxeoloji ekspedisiya tərəfindən tədqiq edilmişdir.
Kürəkçayın sağ sahilində, Goranboy rayonunun Şadılı kən-
di ərazisində aşkar edilmiş Şadılı kurqanı 2011-ci ildə qazılmış-
dır. B. Cəlilovun yazdığına görə, sözügedən kurqanın örtük his-
səsinin diametri 11 m, hündürlüyü isə 1 m, 1,4 m dərinlikdə qa-
zılmış qəbir kamerasının uzunluğu 5.5 m, eni isə 4.5 m idi. O,
eni 1,4 metr, uzunluğu 2,5 m, hündürlüyü isə 1.2 m olan dromo-
sa sahib olub. Alim bildirir ki, sərdabə formalı qəbir kamerası-
nın örtüyünün bir hissəsi açılmış və oradan od vurularaq içərisi
alova qərq edilmişdir. Giriş hissənin açıq saxlanılması səbəbin-
dən dromos tərfdən daxil olan hava axını odu daha da gücləndir-
miş və alov qərb divarında açılan hissədən çölə sovrulmuşdur
(Cəlilov B. M., 2012, s. 146-152).
130
Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Uzun
Rəmə kurqanı da eyni ekspedisiya tərəfindən 2012-ci ildə tədqiq
edilib. Onun örtüyünün diametri 17 m, hündürlüyü isə 1.2 metr olub.
Kurqanın üst örtüyünü 2-3 cərgə şəklində yan-yana düzülmüş çay
daşları - kromlex əhatə edirdir. Kamerasının ölçüləri 5,5 m x 6,5 m x
1,7 m idi. Ona bitişən dromos 1,3 m x 2,4 m x 1,6-1,4 m ölçüsündə
olub. Sərdabə tipli qəbir kamerası bütünlüklə dolduqdan sonra ona
od vurularaq yandırılmışdır (Cəlilov B. M., 2012, s. 128-134).
P.Qasımovun yazdığına görə, Şadılı və Uzun Rəmə kurqan-
larından əldə edilmiş kül və kömürün radiokarbon analizi on-
ların e.ə. IV minilliyin II yarısına, başqa sözlə, e.ə. XXXIII –
XXXII əsrlərə aid olduğunu göstərmişdir. Azərbaycan-Fransa
birgə arxeoloji ekspedisiyasının 2008-2015-ci illərdə Tovuz ra-
yonunun Aşağı Eyyublu kəndi ərazisindəki Menteştəpə məzarlı-
ğında apardığı tədqiqatlar nəticəsində iki qədim kurqan aşkar-
lanmışdır ki, onlardan birincisi də e.ə. IV minilliyin ikinci yarı-
sına aid edilir (Qasımov P, 2017, 27-28).
Şübhəsiz ki, Cənubi Qafqazda aşkar edilmiş Kür-Araz mə-
dəniyyəti kurqanları yalnız yuxarıda adları çəkilən abidələrdən
ibarət deyil. Bura III minilliyə aid çox sayda kurqan da daxildir
ki, onların əksəriyyətindən çıxan materialların radiokarbon ana-
lizi aparılmadığından yaşları təqribən, sadəcə keramika nümunə-
lərinə, dəfn adətlərinə və kurqanların struktur özəlliklərinə görə
müəyyənləşdirilmişdir. Bu sırada araşdırılma tarixinin daha əv-
vəlki illərə aid olması baxımından Mil-Qarabağ kurqanlarını xa-
tırlatmaq, fikrimizcə, daha məqsədəuyğundur.
Xaçınçay kurqanları. Xaçınçayın sağ sahilində, Dovşanlı
kəndi yaxınlığında aşkar edilib. Bu abidələri 1879-cu ildə E.
Resler aşkar etmiş və elə həmin il də onlardan beşini tədqiq et-
mişdir (ДАК.1897, листы 208-216; ОАК за 1897, с. 149-255).
H. Cəfərovun yazdığına görə, kurqanların əsasən yayğın da-
irəvi formada olan örtükləri çay daşlarından və qum qarışığından
ibarət olub. Onların diametrləri 10 m-lə 20-25 m, hündürlükləri
isə 1,25m-lə 2,5 m arasında dəyişir (Cəfərov H., 2000, s. 29).
Dostları ilə paylaş: |