95
Qafqaz arxeologiyasının ən mühüm elmi problemlərindən bi-
rinin xalkolit (eneolit) dövrünə aid Leylatəpə mədəniyyətinin təd-
qiqi olduğunu bildirən N.Müseyibli yazır ki, İ.Nərimanov tə-
rəfindən Qarabağda eyni adlı yaşayış məskəninin qazıntısı nəti-
cəsində XX əsrin 80-ci illərində müəyyən edilmiş Leylatəpə arx-
eoloji mədəniyyəti (Нариманов И.Г., 1985, 271-272), son illərə
qədər demək olar ki, yalnız bir abidə əsasında məlum idi. «Son illər
ərzində Azərbaycan ərazisində bu mədəniyyətə aid çoxsaylı abidlər
aşkara çıxarılmış və qazıntılar aparılmışdır. Bakı–Tbilisi–Ceyhan
neft kəmərinin çəkilişi ilə əlaqədar aparılan arxeoloji qazıntı işlərini
xüsusilə qeyd etməl lazımdır. Bu layihə çərçivəsində aparılan çöl
tədqiqatları zamanı 2004-2005-ci illərdə Azərbaycanın qərb bölgə-
sində I Böyük Kəsik, I Poylu, II Poylu, Ağılıdərə kimi yaşayış
yerləri, Cənubi Qafqaz arxeologiyası üçün ilk dəfə olaraq eneolit
dövrünə aid Soyuqbulaq kurqanları aşkar edilərək qazıntı işləri
aparılmışdır» (Müseyibli N., 2011, s. 22).
Alimin yazdığına görə, Azərbaycanın qərb bölgəsində Ley-
latəpə mədəniyyətinə aid çoxsaylı abidələrin aşkar olunması son
eneolit dövründə - e.ə. IV minilliyin I yarısında daha geniş areal-
da intensiv şəkildə yayıldığını göstərir. «Digər tərəfdən, həm qa-
zıntıların aparıldığı, həm ilkin kəşfiyyat işlərinin aparıldığı abi-
dələrin… keramika məmulatının əsas xüsusiyyətləri bu abidələ-
rin və bütövlükdə Leylatəpə mədəniyyətinin bir tərəfdən Ön
Asiya, digər tərəfdən isə Şimali Qafqazın Maykop mədəniyyəti
ilə bağlı olduğunu sübut edir. Saxsı qabların tipoloji olaraq ən
yaxın paralelləri Şərqi Anadolu – Şimali Mesopatamiya bölgələ-
rindəki Arslantəpə, Təpə Qavra, Tel Xəznə və s. abidələrindən
məlumdur. Maykop mədəniyyətinin erkən mərhələsinə aid de-
mək olara ki, bütün abidələrdən belə qablar, o cümlədən üzərin-
də «dulusçu işarələri» (damğalar – B. T.) olan qablar (Коре-
невский С. Н., 1999, 7-23; Мунчаев Р. М., 1975) aşkar edil-
mişdir (Müseyibli N., 2011, s. 25-26).
Arxeoloqların əksəriyyəti bu fikirdədir ki, Leylatəpə mədə-
niyyəti öz köləri etibarı ilə Übeyd və erkən Uruk mədəniyyəti ilə
bağlıdır. Q. Qoşqarlının sözlərinə görə, Böyük Kəsik 1, Böyük
96
Kəsik 2, Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə çıxmış mədəni
təbəqələr Übeyd və erkən Uruk mədəniyyətindən məlum olan
mədəni təbəqələrlə bənzərlik təşkil edir (Гошгарлы, 2005, c. 74).
T.Axundov və X.Alməmmədov da eyni fikirdədirlər. Onlar
yazırlar ki, IV minilliyin ikinci rübündə və ortalarında Şimali
Mesopatamiyadan Güney Qafqaza gələn Uruk ənənələrinin daşı-
yıcıları əvvəlcə Leylatəpə mədəniyyətinin formalaşmasına təkan
vermiş, bundan sonra Şimali Qafqaza miqrasiya edərək orada
Maykop mədəniyyətinin əsasını qoymuşlar (Axундов, Алмаме-
дов, 2009, с. 33-34).
F.Quliyev isə qeyd edir ki, Böyük Kəsik qəsəbəsində tapı-
lan saxsı qab qalığı ilə Uruk keramikası arasındakı eynilik mə-
dəni əlaqələrdən xəbər verir (Гулиев, 2005, c. 82).
Arxeoloqların gəldiyi bu nəticə genetiklərin gəldikləri nəticə-
lərlə bütünlüklə üst-üstə düşür və maraqlıdır ki, dilçi və folklorçu
alimlərin gəldikləri nəticələr də onların fikirlərini təsdiqləyir.
Dövrümüzədək ilk Uruk hökmdarı Bilqamıs (// Qilqamısın)
haqqında qədim bir şumer dastanı gəlib çatmışdır. Orada təsvir
edilən bəzi adət və ənənələrin bugünə qədər Azərbaycan xalqı
arasında yaşamaqda olması adamı heyrətə gətirməyə bilmir. Mə-
sələn, Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yo-
la salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab
olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına
kömək edir. Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs” das-
tanında eyni adət və inancın izlərinə rast gəlinmişdir:
Sabunlu köklər ilə bədənini yudu o.
Öz qamətinə layiq gözəl paltar geydi o.
Sinəsinə yaraşan boyunbağı da asdı
Belinə qurşaq vurub, başına tac qoydu o.
İgidlərin ardınca bir cam təmiz su atdı.
Pillələrlə çıxıb o evin damına qalxdı
(Bilqamıs dastanı, 1985, s. 32).
Başqa bir misala baxaq. Folklorşünas alim B. Abdullayevin
yazdığına görə, qədim zamanlarda ölənin yaxın adamları saçları-
nı yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrü-
97
nü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən ol-
ması barədə miflər var (Vəliyev, 1985, s. 112).
Eyni mövzuya toxunan Ə.Haqverdiyev isə yazır ki, qədim
Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur.
«Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya "yuq" de-
yirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olun-
muş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə
qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli
havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da
hönkür-hönkür ağlayardı... Ölünü ağlamaq, cənazəsi üstündə saç
yolmaq adət halını almışdı» (Haqverdiyev, l957, s. 392).
Maraqlıdır ki, eyni adətin izlərinə «Bilqamıs dastanı»nda da
rast gəlirik:
O kəslər ağlayar ki, qədim adamlar kimi
səninlə öyünərdi,
O kəslər ağlayar ki, sənə öz süfrəsində
bir vaxt çörək verərdi.
Ayağına ətir-yağ çəkən kəniz ağlayar,
Sənə şərab içirən qulun göz yaşı axar,
Canına zeytun sürtən yava qadın ağlayar.
Sənin məsləhətinlə özünə arvad tapıb,
Nigah otağına ilk qədəm basan ağlayar.
Qardaşların ağlayar, bacı kimi hay salar,
Yaslara batar tamam, nalə çəkib saç yolar! (Bilqamıs
dastanı, 1985, s. 64). R. Göyüşov yazır ki, daşdan və gildən dü-
zəldilən insan fiqurları eneolit dövrünün ən maraqlı abidələridir
(Göyüşov, 1986, s. 31).
Şübhəsiz ki, eneolit və tunc dövrlərinə aid ən maraqlı mə-
rasimlərdən biri də müxtəlif insan fiqurları ilə bağlı olmuşdur.
«Bilqamıs dastanı»nın məzmunundan belə görünür ki, eneolit
dövrü sakinləri, eləcə də sonrakı tunc dövründə şumerlər bu gil
heykəlləri günəş tanrısı Utuya (akkad variantında Şamaşa) qur-
ban verərmişlər:
Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.
Sonra taxtadan böyük bir masa da çıxartdı.
Dostları ilə paylaş: |