110
çaq-bulqarların əski yurd yerlərini tərk etməsinə səbəb, bəlkə də,
Cənubi Qafqazdan yeni protooğuz axınının olması səbəb olmuşdur.
Burada bir maraqlı məqama xüsusi diqqət etmək lazımdır.
E.ə. 3200-ci illərdə R1a və P1b-lilər təkcə ərazicə bir-birilərin-
dən ayrılmamış, eyni zamanda, fərqli kultlara sitayiş etməyə
başlamışlar. Bu, birincilərin kurqanlara araba, araba təkəri və ya
da onların modelini, ikincilərin isə daş baltalar qoymağa başla-
ması şəklində özünü göstərmişdir.
Bu nə deməkdir?
Qoyulan sualın cavabını tapmağa bizə əski türk mifologiya-
sı yardımçı ola bilər. Məsələ burasındadır ki, neolit və eneolit
dövrlərində həm R1a-lılar, həm də R1b-lilər üçün əsas tapınaq
obyekti rolunda bir növ birləşdirici funksiyanı yerinə yetirən
Ana ilahə (Ağ Ana Ürünq Ayığ Toyon) çıxış edirdi (Ксенефон-
тов, 1977, с. 97). Eneolit dövrünün sonlarına yaxın bu kult təd-
ricən öz əhəmiyyətini itirməyə başlamış və görünür, tunc döv-
ründən etibarən onun köməkçiləri rolunda çıxış edən əyələr (ayı-
lar) daha üstün vəziyyətə gəlmişlər.
Əldə olan məlumata görə, kurqanların forma və quruluşu,
ora qoyulan əşyalar arasındakı fərqlər ölən şəxsin hansı qəbiləyə
məxsus olmasından qaynaqlanırmış. Bunun isə səbəbi, fikrimiz-
cə, fərqli qəbilələrin özlərini hansı əyə ilə sıx əlaqədə görməsin-
dən, onu öz himayəçisi hesab etməsindən irəli gəlirdi (Кару-
новская, 1935, с. 178-182).
Belə görünür ki, təqribən tunc dövründən etibarən, yəni Ağ
ana kultu öz əhəmiyyətini itirdikdən sonra protooğuzlar onun kö-
məkçilərindən biri olan Cesegey ayıını (Cesegey əyəni) özlərinə
himayəçi ruh seçmişdilər. Belə hesab edilirdi ki, bu əyə atçılığın
himayədarıdır və insanlara at əhliləşdirməyi, minməyi və arabaya
qoşmağı, eləcə də ətindən, südündən, dərisindən istifsdə etməyi o
öyrətmişdir (Ксенефонтов, 1977, с. 97). Protooğuz qəbilə başçıla-
rının (bəylərin) hakimiyyət rəmzi rolunda at başlı skipeterlərin
çıxış etməsi, onların qəbirlərinə bu əşyanın, eləcə də arabaların və
ya da araba təkərlərinin qoyulmasının səbəbini yalnız bununla izah
etmək mümkündür. Protoqıpçaq-bulqalar isə, belə görünür ki,
111
özlərinə himayəçi ruh qismində Ağ ananın başqa bir köməkçisini -
Sügə toyonu (tərcüməsi “Balta ağa”) seçmişdilər. Əsas simvolu
balta olan bu əyənin ildırımların və şimşəklərin hakimi olduğuna
inanılırdı (Ксенефонтов, 1977, с. 97). Fikrimizcə, Döyüş baltaları
mədəniyyətinin xarakterik xüsusiyyətlərindən biri olan daş və ya
metal baltaların kurqanlara qoyulması adəti belə yarana bilərdi.
Əlbəttə, Ceseqey ayıı kultunun atın əhliləşdirilməsindən,
Sügə toyon kultunun da «sügə» (bu söz rus dilinə «sekira» for-
masında keçib) tipli xüsusi balta növünün icadından öncə ortaya
çıxdığını düşünmək qeyri-ciddi olardı. Qədim türklərdə ayııların
(əyələrin) böyük əksəriyyətinin əcdad kultu ilə bağlı olduğunu,
yəni ölən əcdadların ruhunun fetişləşdirildiyini nəzərə alsaq,
həm Ceseqeyin, həm də Sügənin real şəxslər olduğunu, onlardan
birincisinin tarixdə ilk dəfə atı əhliləşdirdiyini, digərinin isə ilk
döyüş baltaları hazırladığını böyük ehtimalla düşünmək olar.
Maraqlıdır ki, bu yolla gedərək, yəni Türk mifologiyasındakı
əyələr sistemini dərindən öyrənərək, tarixdə bu və ya digər kəşfə və
icada imza atmış real şəxsiyyətlərin adlarını və bu şəxsiyyətlərin
hansı Türk soy və ya boyundan olduğunu çətinlik çəkmədən aydın-
laşdırmaq olar. Qədim türklər bu məlumatları əfsanələşdirərək, mi-
foloji dona bürüyərək nəsildən nəslə ötürmüşlər və dövrümüzədək
gəlib yetişən həmin süjetlərin böyük bir hissəsi XIX-XX əsrlərdə
folklorşünas və etnoqraflar tərəfindən qeydə alınmışdır.
Arxeoloqlar aşağıdakı mədəniyyətləri Döyüş baltaları mə-
dəniyyətinin davamı və birbaşa varisi hesab edirlər:
1.
Untets mədəniyyəti (e.ə. 2300-e.ə. 1600-cü illər). Mərkə-
zi Avropada mövcud olmuşdur. Onun lokal variantlarına Adel-
berq və Ştraubinqdə, eləcə də Macarıstanda rast gəlinmişdir
(Племена Европы и Азии).
2.
Nordik (Şimali) Tunc mədəniyyəti (e.ə. 1700-e.ə. 500-ci
illər). Danimarkanı və Skandinaviya yarımadasının cənubunu və
qərbini əhatə etmişdir (Demakopoulou K., 1999).
3.
Stjijov mədəniyyəti (e.ə. II minillik). Ukrayna və Polşa
ərazisini əhatə etmişdir (Седов В. В., 2002).
112
4.
Sosnitsk mədəniyyəti (e.ə. II minillik). Rusiyanın Cerni-
qov, Kursk və Bryansk vilayətlərində mövcud olmuşdur (Седов
В. В., 1999, с. 273).
5.
Kurqan məzarları mədəniyyəti (e.ə. 1600-e.ə. 1200-ci il-
lər). Bavariya və Vürtemberq istisna olmaqla, Untets mədəniy-
yətinin yayıldığı ərazilərdə onun davamı kimi mövcud olmuş-
dur. (Burada bir məsələyə xüsus diqqət yetirmək və bu mədəniy-
yəti IV-VI əsrlərdə Yaponiya ərazisində mövcud olmuş eyni adlı
mədəniyyətlə qarışıq salmamaq lazımdır. Maraqlıdır ki, kurqan-
lar Yaponiyaya da gedib çıxmışdır və oradakı kurqanları hun və
göytürklərlə bağlayırlar) (Barbara Ann Kipfer, 2000).
6.
Yastorf mədəniyyəti (e.ə. 600-e.ə. 300-cü illər) Danimar-
ka və Almaniya ərazilərində mövcud olmuşdur. Bu mədəniyyəti
Nordik Tunc mədəniyyətinin fərqli variantı hesab edirlər (Седов
В. В., 2002).
7.
Tşinetsk mədəniyyəti (e.ə.XIX-XI əsrlər). İzlərinə Polşa,
Ukrayna, Belorus və Rusiya ərazisində rast gəlinmişdir
(Gardawski A., 1959, s. 7-189).
8.
Lebedovsk mədəniyyəti (e.ə. XI-VIII əsrlər). Ukraynanın
Çerniqovsk və Sumsk vilayətlərini əhatə edib. Bu mədəniyyətin
Sosnitsk mədəniyyətindən törədiyi və onun davamı olduğu he-
sab edilir (Жаров Г. В. Жарова Т. Н.).
9.
Məzar küpləri mədəniyyəti (e.ə. 1300-750-ci illər). Polşa
və Almaniyadan İspaniyaya qədər geniş bir ərazidə yayılmışdır. Bu
mədəniyyətin təmsilçiləri ölüləri yandırar və kulünü küpdə bas-
dırardılar. İlk dövrlərdə məzarın üstü kurqan örtüyü ilə örtülsə də,
sonrakı dövrlərdə kurqan adəti bütünlüklə tərk edilmişdir. Bu onu
göstərir ki, həmin dövrdə həmin ərazilərdə yaşayan türklər dinlərini
dəyişmiş və yerlilərin adət-ənənəsini və dilini qəbul etmişlər. Fik-
rimizcə, türk genli hinavropalıların tarixinin başlanğıcı bu mədə-
niyyətlə bağlı ola bilər (Fokkens Harry, 1997, pp. 360-373).
10.
Pşevorsk mədəniyyəti (e.ə. II-b.e. IV əsrlər). Polşa əra-
zisində mövcud olmuşdur (Седов В. В., 2002).
11.
Miloqradsk mədəniyyəti (e.ə. VI-I əsrlər). Qomel vila-
yətinidə mövcud olmuşdur (Лошенков М. И., 2011).
Dostları ilə paylaş: |