Kursun məqsədi


Akustik karotajla SNƏ və NQƏ-in təyini



Yüklə 6,11 Mb.
səhifə35/45
tarix13.10.2023
ölçüsü6,11 Mb.
#127753
1   ...   31   32   33   34   35   36   37   38   ...   45
geofizika

Akustik karotajla SNƏ və NQƏ-in təyini


Akustik karotajla NQƏ, SNƏ-nin təyinində kiçik tezlikli geniş zolaqlı akustik karotajdan istifadə edilir. AK-da QNƏ-ni təyin etmək üçün eninə və uzununa dalğaların sönmə əmsalından istifadə edilir. SNƏ-də əyridə kəskin qiymətlər alındığı halda, QNƏ-də bu o qədərdə fərqlənmir. QNƏ-dən fərqli olaraq NSƏ bu üsulla çox dəqiqliklə və heç bir üsula ehtiyac olmadan təyin edilir (şək.3.3).

Şəkil 3.3. Qaz-neft və su əlaqəsinin təyini




Layların maye vermə və qəbul etməsinin təyini


Layların istismar xüsusiyyətlərinin öyrənilməsi zamanı çoxsaylı məsələlərin həlli lazım gəlir. Bu məsələləri qurplaşdıraraq əsasən bir neçə məqsədə uyğun olanlarını aydınlaşdıraq. Bunlardan layların maye vermə və qəbul etməsi: maye axma profilinin istismar quyusunda, qəbul etmə profilini vurucu quyularda qurulmasını; sulaşma intervalının təyinini göstərmək olar. Qeyd edilən geoloji məsələlərin təyinində uzun müddət istifadə edilə metodlardan rasxodomer, debitomer, sıxılıqölçən, rütubətölçən və impuls neytron-neytron karotajını göstərmk olar.
İşləyən istismar quyuları sücgəclərdən quyu daxilinə maye axını ilə xarakterizə edilir. Bu axımın sücgəcin qalınlığı boyu paylanmasınin öyrənilməsi çox vacibdir. Belə ki, açılmış süzgəclər müxtəlif səbəbdən tam həcmi ilə işləməyə bilər. Əgər işləməyən hissəni əvvəlcədən təyin etmədikdə çox keçmədən laydan maye axımı ya tam kəsilir, yada ki, çox kiçik həcmə malik olur. Adətən belə hallarda debitomerdən istifadə edilir. Şəkil 3.4-də layın maye verməsini öyrən- mək üçün quyuda debitomerlə ölçü işi aparılmışdır.
Quyuda sücgəc 844-886 m-də açılmışdır. Əyriyə nəzər yetirdikdə məlum olur ki, heç də layın bütün qalınlığ boyu quyuya maye axımı yoxdur. Əyridə sücgəcin yuxarı hissəsindən tamamilə maye axımı olmadığı qeyd edilir (I). Sonrakı ayrılmış on bir intervalda maye axımı zəif və ya tamamilə yoxdur. Zəif axım olan intervallar II, IV, VI, VIII, X, XII-dir. Axının bu cür müxtəlifliyi üç səbəbdən asılı ola bilər: birinci perforasiya işi yaxşı yerinə yetirilməyib: ikinci sücgəc parafinlə tutulub; üçüncü sücgəc açılmış layda kiçik gil laycıqları mövcuddur. Quyu Süraxanı yatağında yerləşidiyindən və yatağın neftində parafinin çox aşağı faizdə oldması ikinci ehtimalı aradan götürür. Birinci və üçüncü ehtimallar isə lazimi əlavə məlumatlar olmadığından həll olunmamış qalır. Debitomer fasiləsiz əyri şəklindən başqa kiçik addımlarla nöqtələr üzrə də quyuda ölçülür və xüsusi jurnalda nöqtələrin yerləşmə dərinliyi və debitomerin göstəriş qiymətləri jurnalda yazılır. Sonra bu qiymətlərdən istifadə edərək axım profili qurulur.

Şəkil 3.4. Layın debitinin təyini

Şəkil 3.5-də rasxodomerlə aparılmış ölçu işinin nəticəsi verilmişdir. Əyri interpretasiya edildikdə süzgəc qarşısında üç qiymətə baxılır.



Şəkil 3.5. Qəbuletmə profili

Diaqramdan göründüyü kimi quyuya 90 m3/gün həcmində su vurulur, süzgəcin tavanında əyridə ən kiçik azalma, ortada bir qədər azlma, dabana yaxın hissədə isə kəskin azalma qeyd olunur. Bu o, deməkdir ki, süzgəcin yuxarı hissəsindən laya ən az su daxil olur,ən çox daxil olma dabana yaxındır, dabanın özündə isə su laya tamamilə daxil olmur. Bu qiymətlərdən istifadə


edilərək Qmak və Qmin qiymətləri arasındakı məsafə tədqiqat intervalı kimi seçilir ( P Palt P

üst) və q=(Qmak– Qmin)/ P
düsturundan istifadə edilərək qəbuletmə profili qurulur. Numunə

quyuda üç süzgəc açıldığı verilir və bu süzgəclər üçün layın qəbuletmə profilləri qurulmuşdur.

Yüklə 6,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə