113
Atma xəttinin arxasında dayanan oyunçuların hərəsinə içərisi
qumla doldurulmuş iki kisə verilir. Kisənin ölçüsü 8x12 sm, çəkisi
200-250 q. olmalıdır.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə oyunçular növbə ilə
kisələri ipin üzərindən atmaq şərti ilə mümkün qədər uzağa atmağa
çalışırlar. Nəticələr qeydə alınır. Kisəni V sahəyə atan oyunçu 5 xal, IV
sahəyə atan oyunçu dörd xal, I sahəyə atan isə bir xal qazanır.
Atılmış kisələri növbəti komanda toplayır və onlar atma xətti
arxasına keçib həmin qayda ilə oyunu davam etdirirlər.
Axırda daha çox xal qazanmış komanda qalib sayılır.
Dostları ilə paylaş: