110
Aparıcı «tülkü» isə skamyaların arasında dayanır.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «tülkü» skamyanın
üzərindən içəriyə tullanır və «toyuqlardan» mümkün qədər daha çox
tutmağa (toxunmağa) çalışır. Bu vaxt «toyuqlar» gah tara (skamyanın
üzərinə), gah da yerə hoppanmaqla özlərini xilas etməyə çalışırlar.
Tara qalxmış toyuqlara tülkünün toxunmağa ixtiyarı yoxdur. Müəllim
ikinci dəfə işarə verdikdə «tülkü» toyuq damından çıxır və tülkünün
toxunmuş olduğu bütün «toyuqlar» hesaba alınır. Sonra aparıcı
dəyişdirilir və oyun yenidən başlanır.
Axırda tülkü tərəfindən tutulmamış və daha az tutulmuş
oyunçular qalib sayılırlar.
Metodik göstəriş oyunu
zal və meydançada
keçirmək olar.
Dostları ilə paylaş: