108
Oyuna hazırlıq: Meydançanın müxtəlif yerlərində dördbucaq
şəklində iki növ «ev» çəkilir. Oyunçular bu «evlərə» doluşub
gözləyirlər. Onların içərisindən iki nəfər «şaxta» rolunu oynayır. Hər
iki «şaxta» özlərinin arasındakı sahədə sərbəst dayanırlar.
Oyunun gedişi : Müəllimin işarəsi ilə iki «şaxta» aşağıdakı
sözləri oxuyur:
Biz iki cavan qardaşıq,
Mən qırmızıburun şaxtayam.
Mən göyburun şaxtayam.
Hər kəs bizdən qorxmursa,
Qoy bu evdən yola çıxsın.
Uşaqlar bir səslə cavab verirlər:
- Biz şaxtadan qorxmuruq.
Bunu deyən kimi uşaqlar evdən çıxıb o biri «evə» tərəf qaçırlar.
«Şaxtalar» onları tutmağa, yaxud əlləri ilə toxunmağa çalışırlar. Onlar
qaçanlardan kimə toxunsalar, həmin oyunçu tərpənmədən yerində
«donub» qalır (növbəti qaçışa qədər). Qaçıb qarşı tərəfdəki «evə»
dolmuş uşaqlara toxunmaq olmaz. Sonra yenə də mahnının sözləri
oxunur və uşaqlar cavab verirlər, bununla da oyun davam edir. Ancaq
oyunda bu dəfə meydançada donub qalmış uşaqlar da qaçıb özlərini
xilas edə bilərlər. Oyun bir neçə dəfə təkrar edilir.
Axırda iki «şaxta» tərəfindən heç tutulmayan, yaxud nisbətən az
tutulan oyunçular qalib gəlirlər.
Ləkə vurma Oyuna hazırlıq : Oyunçular sərbəst şəkildə meydançaya
dağılışırlar. Bir nəfər aparıcı «Ləkə» təyin edilir. Aparıcı ortaya çıxıb
bərkdən deyir: «Mən ləkəyəm». Uşaqlar onu tanıyırlar.
Oyunun gedişi : Müəllimin işarəsi ilə aparıcı oyunçuları qovur
və onlara çatıb əli ilə toxunmağa, «ləkə vurmağa» çalışır. Oyunçular
isə qarmaqla özlərini mühafizə edirlər. Aparıcı onlardan hansına
toxunarsa, həmin oyunçu aparıcını əvəz edir, əvvəlki aparıcı isə
oyunçulara qoşulur. Aparıcı «ləkələnmiş» oyunçunu yerində
dayanır və əlini yuxarıya qaldıraraq deyir: «Mən ləkəyəm», bundan
sonra oyun yenidən
109
başlayır. Təzə «ləkə» həmin anda köhnə ləkəyə toxunmamalıdır.
Oyun müəyyən vaxt ərzində (8-12 dəqiqə) keçirilir. Axırda heç
ləkələnməmiş oyunçular qalib sayılırlar.