119
Oyuna hazırlıq
: Şagirdlər cərgəyə düzülüb 1-2-3 sayırlar. Birlər
birinci, ikilər – ikinci, üçlər isə üçüncü dairəyə düzülürlər. Oyunçulara
şərti olaraq adlar qoyulur. Bir nömrəli oyunçular «Qozalar», iki
nömrəlilər «Palıdlar», üç nömrəlilər isə «Qozlar olurlar.
Üç nəfər
aparıcı təyin edilir. Onlar istədikləri yerdə.
Oyunun gedişi
: Müəllim şərti adları («qozalar», «palıdlar»)
növbə ilə çağırırlar. Çağırılmış oyunçular başqa dairəyə qaçıb yerini
dəyişdirməyə çalışır. Aparıcılar isə bu zaman qaçıb, boş yerlərdən
birini tuturlar. Kim dairə tuta bilmirsə, aparıcı sayılır. Dairələrdə özünə
yer tutmuş aparıcıya həmin yerdən çıxmış oyunçunun şərti adı verilir.
Boşalmış yer o zaman tutulur ki, oyunçuya dairəyə daxil olub, əl-ələ
tutmuş olsun. Oyunda aparıcı rolunda heç oynamamış (yaxud
başqalarına nisbətən az oynamış) oyunçular qalib sayılırlar. Bu zaman
birinci dəfə təyin edilmiş aparıcıların ilk oyunları nəzərə alınmır.
Dostları ilə paylaş: