120
2 qrupa ayırıb, ayrı-ayrı start xətləri üzrə oyunu keçirtmək
mümkündür.
Ağ ayılar
Oyuna hazırlıq
: Meydançada oyun keçiriləcək sahə xətlərlə
cızılır. Meydançanın bir küncündə üçbucaq şəklində bir sahə
nişanlanır. Bura «ağ ayıların mağarası» hesab olunur. İki nəfər aparıcı
(«ağ ayılar») ayrılır. «Ağ ayılar» mağarada dayanırlar. Qalan
oyunçular «ayı balaları» sərbəst halda meydançaya yığışırlar.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «ağ ayılar» mağaradan
çıxırlar və əl-ələ tutaraq «ayı balalarını» tutmağa çalışırlar. Onlar «ayı
balasına» çatdıqda onu araya alırlar və boş əllərini elə tuturlar ki, «ayı
balası» qolları arasında qalsın. Sonra onlar tutduqları «ayı balalarını»
mağaraya aparırlar. Tutulmuş oyunçu mağarada qalır, «ağ ayılar»
başqasını tutmağa gedirlər. Mağarada iki nəfər tutulmuş «ayı balası»
olduqda onlar da «ağ ayılar» kimi əl-ələ tutub «ayı balalarından»
tutmağa başlayırlar. Oyun iki nəfər tutulmamış oyunçu qalana qədər
davam edir. Bu iki nəfər oyunun qalibi sayılır, onlar oyunu yenidən
başlamaq üçün «ağ ayılar» hesab olunurlar. «Ayı balalarına»
aparıcıların qolları arasından dartınıb çıxmağa və mağaradan çıxıb
qaçmağa icazə verilmir. «Ağ ayılara» isə oyunçunun əlindən və
paltarından tutmağa icazə verilmir.
Dostları ilə paylaş: