L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə71/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
Oyunun gedişi
: Müəllim bir kənarda dayanır və gözlənilmədən 
hər hansı bir nömrəni çağırır. Həmin çağrılmış nömrələrə məxsus 
oyunçular sıralardan tez çıxıb qarşıdakı dayaqlara tərəf qaçır və onun 
ətrafında fırlanıb yenidən qayıdırlar.Kim gəlib öz yerini sırada daha tez 
tutarsa, həmin komandaya bir qələbə xalı verilir. Sonra müəllim bu 
qayda ilə başqa nömrələri çağırır. Axırda hansı komanda daha çox 
qələbə xalı toplamış olsa, həmin komanda qalib gəlir. 
Metodik göstərişlər
: I. Müəllim nömrələri elə çağırmalıdır ki, 
bütün oyunçuların nömrəsi eyni dərəcədə çağırılmış olsun. Nömrələri 
ardıcıl çağırmaq olmaz, çünki bu zaman kimin çağırılacağı əvvəlcədən 
bilinər. 2. Məsafəni axıra qədər qaçmayan, yerindən vaxtında çıxmayıb 
oyunu ləngidənlərin komandası üçün cərimə xalı verilməlidir.
 
 
 
 
 
 
Dovşanlar bostanda 
 
Oyuna hazırlıq
: Meydançanın ortasında bir-birinin içərisində iki 
böyük dairə çəkilir. Dairələrin arasında 3-4 m məsafə olmalıdır. 


122 
İçəridəki dairə «bostan» sayılır və burada «gözətçi» dayanır. Qalan 
oyunçular «dovşanlar» iki dairənin arasındakı sahədə yerləşirlər.
 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «dovşanlar» iki ayaqları 
üzərində hoppana-hoppana hərəkət edirlər. Onlar gah «bostana», gah 
da sahələrinə hoppanırlar. Gözətçi bostana girən dovşanları tutmağa 
çalışır. «Dovşanları» ikinci dairəyə qədər tutmağa icazə verilir. 
«Dovşanlar» isə ikinci dairədən kənara da çıxa bilərlər. Hansı dovşan 
tutularsa, o gözətçini əvəz edir və oyun yenidən başlanır.Oyunda heç 
tutulmamış oyunçular qalib sayılırlar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə