130
«Ovçular» komandasının oyunçuları dairə boyunca düzlənirlər.
«Ördəklər» komandası isə dairənin içərisində sərbəst gəzişir.
Oyunun gedişi
: Müəllimin işarəsi ilə «ovçular» topu bir-
birlərinə atıb-tuturlar və orada fürsət düşdükdə topla «ördəklərdən»
vurmağa çalışır. Vurulmuş «ördəklər» oyundan çıxarılırlar. «Ovçular»
bütün «ördəkləri» vurub qurtardıqdan sonra komandalar adlarını və
yerlərini dəyişməklə oyunu davam etdirirlər. Oyunun qalibi vaxtla
müəyyən edilir. Hansı komanda «ördəkləri» daha az vaxt ərzində
vurub dairədən çıxarsa, həmin komanda qalib gəlir.
Metodik göstərişlər
: 1. Dərsin sıxlığına, oyunun maraqlılığına
nail olmaq üçün oyunu iki dairə üzrə keçirmək mümkündür. 2. Vaxtın
hesaba alınmasında yaxşı olar ki, saniyə ölçəndən istifadə edilsin. 3.
Oyundan
vurulub-çıxarılan
oyunçulara
müəyyən
tapşırıqlar
verilməlidir ki, onlar boş dayanmasınlar.
Topu vur
(Hədəfə cisim atmaq üçün oyun)
Oyuna hazırlıq
: Oyunçular iki komandaya ayrılır və üz-üzə
olmaqla iki cərgəyə düzlənirlər. Cərgələrin arasında 8-10 m məsafə
olur. Meydançanın (zalın) ortasında 1 metr eni olan koridor nişanlanır
və buraya 4 voleybol topu qoyulur. Komandalardan birinin hər
oyunçusuna bir kiçik top verilir.
Dostları ilə paylaş: