129
Müəllimin topları dəstə başçılarına ötürüb «başla» komandası
verir. Hər dəstənin oyunçusu topu atıb tuta-tuta müəllimin yanına
yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər
oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü
isə keçib sıranın sonunda durur.
Metodik göstərişlər
: Topu hündürə atıb-tutmaq lazımdır.Topu
müəllimə atmaq yox, vermək lazımdır. Topu itirən oyunçu sıradan
çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.
Dırmanmaq
Yer və avadanlıq
: Bu oyun idman salonunda və ya bağda
oynanılır. Dırmanmaq üçün bir gimnastika dirəyi və ya kəndir (kanat)
bir alma və ya kök lazımdır.
Oyuna hazırlıq
: Oyunda iştirak edənlərin hamısı dirəyin və ya
kəndirin ətrafında diametri 2-3 m olan bir dairə təşkil edirlər. Dirək və
ya kəndir 3-4 m hündürdən asılır, ondan bir metr kənarda isə bir
qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki,
alma və ya kök daim hərəkətdə olsun.
Oyunun təsviri
: Oyunçular müəllimin göstərişi ilə bir-bir gəlib
dizlərini və qarınlarını toxundurmadan kəndirə və ya gimnastika
dirəyinə dırmanmağa başlayırlar. Dırmanmanın axırında oyunçu əlinin
köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya
kökü ağzı ilə tutsun.Oyunçu dırmanarkən dizi və ya qarnı ilə kəndirə
və ya qarnı ilə kəndirə və ya dirəyə toxunmuş olarsa, habelə almanı və
ya kökü tuta bilməzsə, aşağı enməli, meydançanın ortasında durub
yoldaşlarının istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.). Oyun
20-30 dəqiqə davam edir.
Dostları ilə paylaş: