138
dartılıb çıxarılmış sayılır. 4. Paltardan tutub çəkməyə, qıçdan tutmağa
icazə verilir.
Xoruz döyüşü
Oyunçular boy sırasında bir cərgəyə düzülürlər. Cərgənin
qarşısında diametri 3-4 m olan üç dairə çəkilir.
Növbə ilə cərgədən
(sağ cinahdan başlayaraq) altı oyunçu çıxır. Hər dairəyə iki oyunçu
daxil olub dayanır. Müəllimin «Hazırlaş», «Başla» komandasından
sonra hər iki nəfər öz dairəsində oyuna başlayır. «Xoruzların» hər biri,
əlləri belində, bir ayaq üstündə tullanıb-düşərək
çiyni ilə rəqibi
dairədən çıxartmağa, yaxud iki ayağı üzərində dayanmağa məcbur
etməyə çalışır. Kim buna nail olursa, qalib gəlir. Oyunu bu və ya digər
nəticə ilə başa vuran hər Qoşa oyunçular cərgə ilə öz yerlərinə gedirlər.
Bundan sonra növbəti oyunçular çağrılır və hamı oyunda iştirak edənə
kimi oyun davam edir.
Dostları ilə paylaş: