L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Qaydalar: 1. Üstündə tullanılan ayağı hər 6  tullanmadan bir dəyişmək olar. 2. Qəsdən kobud səhvlər etmək  qadağandır



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə87/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaydalar:
1. Üstündə tullanılan ayağı hər 6 
tullanmadan bir dəyişmək olar. 2. Qəsdən kobud səhvlər etmək 
qadağandır. 
 
 
Qaçışla oyunlar 
 
Düz xətt üzrə qaçmaqla estafet 
 
Üç komanda cərgəyə düzülüb «P» şəklində dayanırlar. İki 
komandanın arasında dayanan komandanın qarşısında ümumi start 
xətti çəkilir. Qabaqda 15-20 m o tərəfdə sıra ilə bir-birindən 1,5 m aralı 
üç şəhərcik çilingi qoyulur. Hər komandanın birinci nömrələri qaçışa 
başlama xəttinin arxasında dayanırlar. Müəllimin «Marş» komandası 
üzrə onlar irəli qaçır və hər komandanın növbəti oyunçusu startda 
onların yerini tutur. Startdan çıxıb qaçanlar öz şəhərciklərinə çatıb sağ 
tərəfdən onların başına dolanırlar, geriyə qayıdaraq hər biri sağ əlini 
(əlin içini) öz komandasının növbəti oyunçusunun sağ əlinin içinə 
vururlar və cərgələrdə öz yerlərini tuturlar. Növbəti oyunçular da öz 
növbəsində irəli qaçıb birinci nömrələrin etdiklərini təkrar edirlər və s. 
Oyun 2-3 dəfə təkrar olunur. Qaçıb-qayıtmanı tez başa vuran komanda 
qalib gəlir. 


139 
Marşla qaçdı-tutdu 
 
Meydançanın qarşı tərəfində, xəttin arxasında iki komanda 
cərgəyə düzülür. Komandanın biri cərgə ilə (sıravi addımla) o biri 
komandaya tərəf gedir. Marşla gedənlər rəqib komandanın xəttinə 3-5 
m qalanda müəllim qəflətən siqnal verir, bu zaman hücum edənlər 
qayıdıb, öz xəttinin arxasına qaçırlar, o biri komandanın oyunçuları isə 
qovub əllərini onlara toxundururlar. Müəllim toxunulmuş oyunçuları 
sayır. Sonra qovan komanda marşla addımlayır, əvvəlcə hücum edən 
komanda onları qovur. Oyunu 4-8 dəfə təkrar etmək olar. Digər 
komandanın daha çox oyunçusunu tutmuş komanda qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə