L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Qaydalar : 1. Toxunulmuş oyunçular toxunulduqları yerdə  dayanırlar. 2. Qaçanlara xəttin arxasında toxunmaq olmaz



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə88/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaydalar
: 1. Toxunulmuş oyunçular toxunulduqları yerdə 
dayanırlar. 2. Qaçanlara xəttin arxasında toxunmaq olmaz. 
 
Bayraqlar uğrunda qaçış 
 
 
Oynayanlar bərabər sayda iki komandaya bölünürlər. Onların hər 
biri oyun meydançasının əks tərəflərində onun sərhədindən 1-2 m aralı 
çəkilmiş xəttin arxasında dayanırlar. Meydançanın ortasında həmin 
xətlərə paralel çəkilmiş eni 2-3 m ibarət zolaq əmələ gətirən daha iki 
xətt çəkilir. Həmin zolaqda şahmat qaydası ilə bayraqlar düzülür. 
Hər komanda özünə kapitan seçir. Müəllimin siqnalı üzrə hər iki 
komandanın oyunçuları köndələn zolağa tərəf qaçaraq daha çox bayraq 
yığmağa çalışırlar. Sonra hər iki komandanın oyunçuları yığdıqları 
bayraqlarla birlikdə geriyə, öz xətlərinə qayıdıb cərgəyə düzülürlər. 
Kapitanlar öz oyunçularının gətirdikləri bayraqları yığıb sayırlar. Hər 
bayrağa görə bir xal verilir. Daha çox bayraq gətirmiş komanda qalib 
gəlir. 
Qaydalar: 1. Hər oyunçu istədiyi qədər bayraq yığa bilər. 2. 
Oyunda yoldaşın yerdən çatdırdığı bayrağı onun əlindən almaq 
qadağandır. Qaydaların hər dəfə pozulmasına görə onu pozan 
oyunçunun komandasından bir xal çıxılır. 3. Bayraqlar sayıldıqdan 
sonra onları orta zolağa, əvvəlki yerinə düzürlər. 4. Komandaların 
kapitanları bütün oyunçularla bərabər hüquqda oynayırlar. 5. Bayraqlar 
olan mərkəz zolağa qaçmaq olmaz. 


140 
Qeyd
: Oyunçuların arxasında dayandığı xətt ilə mərkəz zolaq 
arasındakı məsafə 30-40 metrə qədər ola bilər. 30-40 m məsafəyə 
qaçıb-qayıtmanı 3 dəfəyə qədər təkrar etmək olar. Qaçıb-qayıtma 
məsafəsi qısa olan meydançada və zalda oyun keçirərkən qaçıb-
qayıtmanın sayının artırmaq olar. Hər dəfə qaçıb-qayıtdıqdan sonra 
sıraya düzülməyə, bayraqların sayılmasına və yenidən öz yerinə 
qoyulmasına sərf olunan vaxt eyni zamanda oyunçuların istirahətinə 
zəmin yaradır. Qaçmaq üçün müxtəlif çıxış vəziyyətləri (dizüstə 
dayanmadan, uzanma vəziyyətindən, ayaqüstə durmadan, arxası 
mərkəz zolağa tərəf dayanmadan start və s.) müəyyən etmək olar. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə