135
Uşaq dəsmalın arxasında olduğunu bilməsə, onu ortaya salır, bir-
birinin üstünə itələyirlər. Döyülən uşaq başqa birisinin üstünə yıxıla
bilsə özünü azad eləyir, üstünə yıxıldığı oyunçunu onun yerinə ortaya
çəkir, onu bir-birlərinin üstünə itələyirlər. Özünü möhkəm müdafiə
edib, ortaya çıxmayan uşaq qalib gəlir.
Şaxta və günəş
Bu oyun əsasən qızlar üçündür. Qızlar iki dəstəyə ayrılırlar:
Meydançanın əks tərəflərində cərgə ilə üz-üzə düzülürlər. Dəstəbaşçı
seçilir. Əllərində qırmızı yaylıq tutmuş dəstə «Günəş», ağ yaylıq tutan
dəstə isə «Şaxta» adlanır.
Müəllim dəstə başçılarını meydanın ortasına çağırır. Ağ yaylıqlı
dəstənin başçısı o birinə deyir:
«Şaxtayam, yüküm ağır,
Nəfəsimdən qar yağır.
Mən gələndə dəryalar,
Qorxudan buz bağlayır».
Qırmızı dəstənin başçısı cavab verir:
«Şaxta baba, nahaq sən
Qüvvətliyəm deyirsən.
Mən buluddan çıxanda
Mum kimi əriyirsən».
Müəllimin işarəsi ilə dəstə başçıları yaylıqları oyunçulardan
yığırlar. Dəstəni sıraya düzüb cəld müəllimin yanına yüyürür və
yaylıqları ona verirlər. Oyunu tez qurtaran dəstə qalib hesab olunur.
Dostları ilə paylaş: