148
əllərini bellərinə qoyub bir ayaq üzərində vəziyyət alırlar və
çiyinlərinin təkanı ilə rəqibi dairədən çıxartmağa çalışırlar. Qalib gələn
kvadratda qalır, üç nəfər məğlubolanlar isə orta kvadrata keçirlər və bu
minvalla mübarizəni davam etdiirlər. Bundan sonra qalan iki nəfər
mübarizəni kiçik kvadratda davam etdirirlər. Birinci kvadratda qalan
oyunçu dörd, ikincidəki iki, üçüncüdəki isə iki xal alır. Üçüncü
kvadratdan çıxarılmış oyunçu isə bir xal alır. Oyunu qurtardıqdan
sonra həmin dördlər cərgəyə öz yerlərinə gedirlər, birinci kvadrata isə
növbəti dörd nəfər çağırılır. Bütün dördlüklərin oyunu qurtardıqdan
sonra final yarışı keçirib ən güclü və çevik oyunçunu aşkar etmək olar.
Dairəyə dart
. Oynayanlar dairənin xaricində bir-birinin əlindən
möhkəm tutub dayanırlar. Müəllimin göstərişi ilə onlar dairənin
ətrafında sağa, yaxud sola hərəkət edirlər, sonra müəllimin siqnalı (fiti)
üzrə dayanırlar və öz yoldaşlarının əlini buraxmadan hərə öz
qonşusunu dairənin xəttindən içəri salmağa cəhd göstərirlər. Kim, heç
olmasa bir ayağı ilə dairəyə gedərsə oyundan çıxır. Sonra oyun davam
etdirilir. Çəkilib dairəyə salınmayan oyunçular qalib gəlirlər.
Qeyd
. Oyunu bir, iki və üç dairədə keçirmək olar. Məsələn, üç
dairədə oynayarkən dairənin birini daha güclü oğlanlar üçün, birini
qızlara, birini isə fiziki cəhətdən zəif olan oğlan və qızlar üçün ayırmaq
daha məqsədəuyğundur.
Sürətli qaçışla oyunlar
Qarşılıqlı estafeta (variantları).
Komandalar qaçışa müxtəlif
vəziyyətlərdən (dizi üstə dayanmadan, oturmadan, böyrü üstə
uzanmadan, sol dirsəyinə söykənmədən) başlayırlar. Məsafə başa
çatana qədər qaçışçılar onlar üçün müəyyən olunmuş müxtəlif əlavə
tapşırıqlar yerinə yetirə bilərlər (bayraqların başına dolanmaq, bir
şəhərciyi götürüb başqasının yerinə qoymaq, yerdə çəkilmiş dairədəki
doldurulmuş topu götürüb atıb-tutmaq, yenə öz yerinə qoymaq və s.).
Dostları ilə paylaş: