147
Topu aparıcıya vermə
. Oyunçulardan biri aparıcı olur. Oyun
başlananda o, meydançanın mərkəzində olur. Qalan oyunçular
meydançada sərbəst halda olurlar və qaça-qaça basketbol topunu bir-
birinə atırlar. Aparıcı topu ələ keçirməyə çalışır. O yerdə ki, o, topu
tutur, ordan da onu istədiyi oyunçuya atır. Elə ki, dəydi, həmin oyunçu
aparıcı, əvvəlki aparıcı isə başqa oyunçularla bərabər oyunda iştirak
edir. Aparıcı rolunda az olan oyunçular qalib gəlirlər.
Qaydalar
. I. Aparıcının atdığı top dəyən oyunçu əlini qaldırır və
bərkdən «Mən aparıcıyam!» deyir. 2. Aparıcıya dəyib qayıdan (əlindən
çıxan) topu hər hansı oyunçunun yerdən götürməyə və tutmağa və
oyunu davam etdirməyə ixtiyarı var.
Top uğrunda mübarizə.
Şagirdlər bərabər sayda iki komandaya
bölünür və sərbəst olaraq oyun yerində yerləşirlər. Oyunçulardan birinə
top verilir. Siqnal verilən kimi oyunçular çalışırlar ki, tez, öz
oyunçuları arasında 5-10 ötürmə icra etsinlər, buna görə komanda bir
xal qazanır. Ötürmələrin hesabını müəllim aparır. Oyun 10 dəqiqə
davam edir. Çox xal toplayan komanda qalib gəlir.
Qeyd
. Oyunçular qollarına öz komandalarının rəngində seçilmə
sarğısı (parça) bağlamalıdırlar.
V sinfi bitirən şagirdlərin qarşısında qoyulan əsas tələblər:
Şagirdlər V sinifdə öyrəndikləri oyunların qaydalarını bilməli və ona
əməl etməlidirlər, hərəki xarakterinə və quruluşuna görə bir-birinə
yaxın olan oyunlarda öyrənilmiş hərəkət fəaliyyəti tətbiq etmək
məqsədəuyğundur, oyunun vəzifələrinə müvafiq olaraq fəal, həm də
lazım gəldikdə fiziki keyfiyyətlər təşəbbüsü göstərilməlidir, qruppada,
komandada oyunçularla yekdil və qarşılıqlı fəaliyyət göstərmək
lazımdır, hərəkət fəallığı və təşkilatçılıq qabiliyyəti göstərərək
oynamaq, oyunda kobud texniki və taktiki səhvlərə yol verməmək.
Komandalı oyunlarda taktiki fəaliyyətin rolu və oyunda komandanın
təşkili haqqında anlayışa malik olmalı.
Dostları ilə paylaş: