L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə86/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   227
Muteherrik ve eylenceli oyunlar

IV S İ N İ F 
 
(Ümuminkişaf hərəkətlərinin elementləri ilə oyunlar) 
 
Çəkib xətdən çıxarma 
 
Oynayanlar iki komandaya bölünüb aradan çəkilmiş xətt 
boyunca üz-üzə dayanırlar. Boy və çəkidə təxminən bərabər çəkilmiş 
olan oyunçular qarşı-qarşıya dururlar. Hər komandanın arxasında 4-5 
m aralıda xalları hesablamaq üçün ayrılmış oyunçular dayanırlar. 
Oyun siqnal üzrə başlayır. Hər komanda çalışır ki, o biri
komandanın daha çox oyunçusunu dartıb xətdən çıxartsın. Xətdən 
çıxarılmış oyunçu əlinin içi ilə onu çıxardan komandanın xalları 
hesablayan oyunçusuna toxunmalıdır, məhz bundan sonra o, xətdən o 
tərəfə keçib öz komandasında oynamaq hüququ qazanır. Hər çəkilib-
çıxarılmış oyunçu, onu çıxaran komandaya bir xal verir. Oyun ərzində 
daha çox xal toplamış komanda qalib gəlir.
Qaydalar
: 1. İstənilən oyunçunu əlindən tutub dartmaq olar. 2. 
Oyunçu tək-tək, iki-iki və eyni zamanda bir neçə oyunçunu dartıb 
çıxartmağa icazə verilmir. 3. Oyunçu hər iki ayağı ilə xətti keçdikdə 


138 
dartılıb çıxarılmış sayılır. 4. Paltardan tutub çəkməyə, qıçdan tutmağa 
icazə verilir. 
Xoruz döyüşü 
 
Oyunçular boy sırasında bir cərgəyə düzülürlər. Cərgənin
qarşısında diametri 3-4 m olan üç dairə çəkilir. Növbə ilə cərgədən 
(sağ cinahdan başlayaraq) altı oyunçu çıxır. Hər dairəyə iki oyunçu 
daxil olub dayanır. Müəllimin «Hazırlaş», «Başla» komandasından 
sonra hər iki nəfər öz dairəsində oyuna başlayır. «Xoruzların» hər biri, 
əlləri belində, bir ayaq üstündə tullanıb-düşərək çiyni ilə rəqibi 
dairədən çıxartmağa, yaxud iki ayağı üzərində dayanmağa məcbur 
etməyə çalışır. Kim buna nail olursa, qalib gəlir. Oyunu bu və ya digər 
nəticə ilə başa vuran hər Qoşa oyunçular cərgə ilə öz yerlərinə gedirlər. 
Bundan sonra növbəti oyunçular çağrılır və hamı oyunda iştirak edənə 
kimi oyun davam edir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə