141
Hündürlüyə tullanmaqla oyunlar
Addımlayıb – hoppanmaqla qarmaqatdı
Oynayanlar hərəsi 6-8 nəfər olmaqla qruplara bölünürlər. Hər
qrupun aparıcısı ucunda kisəcik olan ipi elə fırlayır ki, kisəcik yerlə
sürünür. Qalan oyunçular isə kisəciyin sürüşdüyü dairədən iki addım
aralı dayanırlar. Kisəcik yaxınlaşanda oyunçu qabağa bir addım atır,
ikinci addımdan yerdən təkan verərək addımlamaqla ipə bağlı kisəciyin
üstündən tullanır, sonra dərhal geriyə, əvvəlki yerinə çəkilir. Kisəciyə
toxunmuş oyunçu aparıcı olur. Hər oyunçu 6-8 dəfə hoppanana qədər
ipi fırladır. Oyunçusu az aparıcı olan qrup qalib gəlir.
Dostları ilə paylaş: