L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Hündürlüyə və uzununa tullanmaqla oyunlar



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə97/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   227
Muteherrik ve eylenceli oyunlar

Hündürlüyə və uzununa tullanmaqla oyunlar 


149 
Hərəkət edən maneə üzərindən tullanmaqla estafet.
6-3 
nəfərdən ibarət komandalar ümumi xəttin arxasında boyunardı tək 
sıraya düzülürlər. Sıraların başında dayanan oyunçular əllərində 3m 
uzunluğunda ikiqat ip tuturlar. Hər komandanın qarşısında, 6-8m o 
tərəfə bir bayaq qoyulur. Bayraqlarla qaçışın xəttinin arasında 1,5m 
enində zolaq çəkilir. Siqnal verilən kimi başdakı oyunçular qabağa
qaçıb zolağın üstündən hoppanırlar və öz bayraqlarının başına 
dolanırlar. Sıraya qayıdaraq və zolağın üstündən bir də hoppanaraq 
növbəti oyunçu ilə birlikdə ikiqat salınmış ipi (30-40sm hündürlükdə) 
oynayanların ayağının altından keçirirlər. Sırada dayananlar ipinin 
üstündən qıçları bükmə üsulu ilə tullanırlar. Beləliklə, başda dayanan 
oyunçu sıranın axırında dayanır, növbəti oyunçu isə ipi götürüb birinci 
oyunçunun etdiklərini təkrar edir. Sıraya qayıdaraq o, sıra nömrəsinə 
görə üçüncü oyunçu ilə birlikdə ipi sıra boyu oyunçuların ayağından 
keçirir və i.a. Birinci oyunçu ipi yenidən qəbul edərkən onu yuxarı 
qaldırıb onun komandasının oyunu qurtardığını bildirir. Oyun təkrar 
edilir, lakin bu dəfə o aşağıdakı varianta oynanılır, yəni sıraya öz 
komandasının yerinə qayıdan oyunçular ipi sırada dayananların 
ayağının altından keçirmirlər, növbəti oyunçu ilə birlikdə ipi açıb 
uclarından tutaraq qaçışın başlanğıc xətti boyunca, xəttin üstündə 
dartılı vəziyyətdə saxlayırlar. Oyunçular növbə ilə qaçaraq 
«addımlama» üsulu ilə ipin üstündən tullanırlar. 
Uzağa-hündürə tullanmaqla estafet
. Oyun eyni ilə qaçaraq xətt 
üzrə estafetdə olduğu kimi təşkil olunur keçirilir. lakin məsafənin 
ortasında 80-90sm məsafədə tullanmaq üçün xüsusi dayaqlardan 70-
80sm hündürlükdən uclarında kisəcik olan rezin yaxud adi ip çəkilir. 
Növbəti oyunçular məsafəni qaçaraq çəkilmiş rezinin (yaxud ipin) 
üstündən tullanırlar. Öz çilinglərini (şəhərcik oyununda ağac çiling) 
qaldırır və onu yenə öz yerinə qoyurlar. Çilingin qaldırılması, onun 
qaldıranın öz komandasının növbəti oyunçusunun qaçmasına siqnaldır. 
Şəhərciyi yerinə qoyan qaçışı sakitcə ipin yanından keçərək öz 
cərgəsinə qayıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə