L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Uzağa və hədəfə top atmaqla oyunlar



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə98/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   227
Muteherrik ve eylenceli oyunlar

Uzağa və hədəfə top atmaqla oyunlar 
Sərrastlar və çeviklər
. Meydançada bir-birinin içində 3,10 və 
15m diametrdə üç dairə çəkirlər. Kiçik dairənin içəri ətrafına 6 


150 
şəhərcik çilingi qoyulur. İki komanda oynayır. Hər komandadan bir 
kapitan və üç müdafiəçi ayrılır. Qalan oyunçular topu verənlər 
(ötürənlər) olurlar. Kapitanlar kiçik dairədə, müdafiəçilər ortadakından 
olurlar, topötürənlər isə böyük dairədə sərbəsə dayanırlar (gəzişirlər). 
Müəllim kapitanlardan birinə voleybol topu verir, o, topu böyük 
dairəyə öz oyunçusuna (ötürücüyə) atır. Həmin oyunçu topu böyük 
dairədən geriyə-kapitana ötürməyə çalışır, lakin müdafiəçilər topu ələ 
keçirib öz topötürənlərinə verməyə çalışırlar. Kapitan topu alıb 
çilinglərdən birini vurur. Vurulmuş çiling götürülür. Müəllim topu o 
biri kapitana verir və beləliklə oyun davam edir. Kapitanı əvvəl dörd 
çiling vuran komanda qalib gəlir. Topu dartıb əldən almaq, onu əldə 3 
saniyədən artıq saxlamaq qadağandır. Əgər komandalardan birinin 
müdafiəçisi bilmədən ayağı ilə toxunub çilingi yıxarsa, həmin çiling o 
biri komandanın kapitanı tərəfindən vurulmuş sayılır. 
Dörd dayağa doğru
. İki komanda oynayır. Komandalardan biri 
«şəhərdə», digəri «çöldə» (meydanda) yerləşir. Meydanda bir-birindən 
10m aralı dörd dayaq qoyulur. Şəhər komandasının oyunçuları növbə 
ilə topu meydançaya vururlar və qaçaraq dörd dayağın hər birinə əlləri 
ilə toxunurlar, sonra isə şəhərlərinə qayıdırlar. Təhlükə olduqda qaçan 
oyunçu növbəti top vurulanadək dayaqlardan birinin yanında dayana 
bilər. Meydanda komandanın oyunçuları vurulmuş topu havada 
tutmağa, yaxud yerdən götürməyə və onu qaçışanlardan birinə 
vurmağa cəhd edirlər. Elə ki, bu baş tutdu, komandalar rollarını 
dəyişirlər. 
Geriyə, öz şəhərinə salamat qayıtmış hər oyunçu komandasına 
bir xal qazanır. Oyun ərzində (10-15dəq) çox xal toplamış komanda 
qalib gəlir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə