146
xətt çəkilir. Beləliklə, meydança dörd zolaqdan ibarət olur ki, bunların
ikisi enli (şəhərlər) və ikisi dar (əsirlər üçün yer) zolaqlardır.
Oyunçularının sayına görə iki bərabər komandanın hər biri sərbəst
halda öz «şəhərində» yerləşir. Oyunun rəhbəri meydançanın mərkəzinə
çıxıb voleybol topunu yuxarı atır. Oyunçular, öz şəhərlərindən
çıxmadan topa malik olmağa çalışırlar və komandalar arasında atışma
başlanır. Hər komandanın oyunçuları topu rəqib komandanın
oyunçularına atırlar ki, onları vurub şəhərdən çıxartsınlar və «əsir»
alsınlar. Hər bir oyunçu top ona toxunduqdan sonra əsirə çevrilir,
bundan sonra o, o biri komandanın şəhərinin arxasında yerləşən zolağa
keçir. Əsir onu zolağına uçub gələn topu götürə bilər (yaxud tuta bilər)
və onu özgə komandanın oyunçusuna ata bilər. Əsirləri azad eləmək
olar. Bundan ötrü topu hər hansı əsirə atmaq lazımdır ki, o, onu göydə
tuta bilsin. Əgər əsir topu tuta bilsə onda, onu əlində tutub maneəsiz
olaraq öz şəhərinə keçir. Oradan o, topu rəqibə, yaxud yoldaşının
əsirlikdən qurtarmaq üçün ona ata bilər. Hər iki komanda topu əsirlərin
tutmasına mane olur və çalışırlar ki, ya topu havada tutsunlar, ya da
onu saxlasınlar. Oynu müəyyən olunmuş vaxt ərzində davam edir.
Bütün oyunçuları yaxud rəqib komandanın daha çox oyunçusunu əsir
almış komanda qalib gəlir.
Qaydalar
. I. Əsirlər üçün çəkilmiş xətdən (zolaq) o tərəfə
keçməyə (əsirliyə getməkdən və əsirlikdən qayıtmaqdan başqa),
zolaqda olan topu götürməyə, topla qaçmağa, qəsdən qüvvətlə top
vurmağa, topu iştirakçılara buddan yuxarı vurmağa, uçan topu əl-bilək
nahiyyəsiylə (əlini içinin bilək hissəsi) vurub-qaytarmağa icazə
verilmir. 2. Qayda pozularsa o biri komanda əsir düşmüş
oyunçularından hansını istəsə geriyə öz şəhərinə gətirə bilər (yaxud top
dəymiş oyunçusunu əsir verməyə bilər). 3. Əgər oyunçu ona atılmış,
yaxud əsirə atılmış topu tutarsa o top rəqibə dəymiş sayılmır; əgər
oyunçu topu tutmağa cəhd göstərərkən onu əlindən buraxarsa top ona
dəymiş sayılır və oyunçu əsirliyə gedir.
Dostları ilə paylaş: