143
hoppananlar zolaqdan hoppanana qədər çatıb onları «ləkələməyə»
çalışırlar (Ləkələnənlər hoppanmırlar).
Zolaqdan
hoppanana
qədər
ləkələnənlər
tərəfindən
toxunulmayan (ləkələnməyən) hoppananlar, yaxud hoppanmanı yerinə
yetirənə qədər əli ilə ləkəlilərdən onlara toxuna bilənlərin hərəsi bir
xal qazanır. Yarışlarda hamı iştirak edənə qədər o biri hoppananlar və
ləkələnənlər bu qayda ilə oynayırlar. Sonra komandalar yerlərini və
vəzifələrini dəyişirlər. Cəminə görə çox xal toplamış komanda qalib
gəlir. Xallar bərabər olduqda oyun heç-heçə qurtarır.
Qaydalar
: 1. Ləkə istədiyi qaçana toxuna bilər. 2. Tullanma
zamanı yerdən təkanvermə anında hoppanana toxunma hesaba alınmır.
3. Zolağın qabaq xəttini keçməyən (yaxud zolağın üstündə
hoppanmayan) hoppanan ləkələnmiş sayılır, xal isə ləkələnənlər
komandasına verilir.
Dostları ilə paylaş: