L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Hədəfə və uzağa atmalarla oyunlar



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə92/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   227
Muteherrik ve eylenceli oyunlar

Hədəfə və uzağa atmalarla oyunlar 
 
Snayperlər 
 
Oynayanlar tək cərgəyə düzülüb 1-2 sayırlar. Bir sayanlar birinci 
komandanın, iki sayanlar isə ikinci komandanı təşkil edirlər. Əgər 
meydançanın eni hamıya bir cərgədə düzülməyə imkan vermirsə, onda 
oyunçular iki cərgədə boyunardı düzülürlər. Belə olduqda hər cərgə bir 
komanda hesab olunur. Komandalardan birinin oyunçularının hərəsinə 
bir kiçik top verilir. Cərgənin qarşısında atma xəttindən 6 m aralıda 
ona paralel olmaqla bir-birindən 1-2 addım aralı sıra ilə 10 şəhərcik 
oyununun çilingi qoyulur. Cilinglərin 5-i bir rəngdə, 5-i başqa rəngdə 
olmalıdır.Hər komandaya müəyyən rəngdə ciling təyin edilir. 
Müəllimin komandası ilə komandalar növbə ilə ( oyunçuların hamısı 
birdən) topları cilinglərə atırlar (ayaqüstü, dizüstü və yaxud uzanma 
vəziyyəti). Vurulub yıxılmış bir rəngli ciling bir addım dala aparılır. 
Başqasına məxsus, lakin vurulmuş ciling bir addım yaxına qoyulur. 
Oyun ərzində öz hədəflərini daha uzağa çəkmiş komanda (hədəfin 


144 
uzağa aparılmasından addımların sayı nəzərə alınır) udmuş hesab 
olunur. 
Qaydalar
: 1. Top atıldıqdan sonra vurulmuş şəhərcik-ciling təzə 
yerə qoyulur. 2. Vurulmuş cilinglər təzə yerə qoyulduqdan sonra 
atılmış topların və o biri komandanın oyunçuları yığırlar. 3. Vurulmuş 
çilingləri qaldırıb təzə yerə qoymaq üçün oyunçulardan biri təyin 
olunur. 
5-12. Ümumi orta təhsil pilləsi üçün mütəhərrik oyunlar 
V SİNİF 
Ümuminkişaf hərəkətlərinin elementlərilə oyunlar 
Güclülər və çeviklər
. Dairəyə iki komanda düzülür. Komanda 
yoldaşlarının hər biri, o biri komandanın bir nəfərindən sonra dayanır. 
Dairənin içərisinə 8 çiling qoyulur, oyun mərkəzinə top qoyulur, siqnal 
verilən kimi əl-ələ tutmuş oyunçular bir-birinin əlini buraxmadan 
rəqibi itələməyə çalışır ki, o, çilingi vurub yıxsın. Çilingi yıxmış 
oyunçu dairənin mərkəzindəki topu götürərək yerindən tərpənmədən 
(dairədən çıxmadan) digər komandanın müxtəlif tərəfə qaçan 
oyunçulardan kiməsə, birinə atır. Əgər o, topla rəqib oyunçulardan heç 
birini vura bilməsə onda, onun komandası iki cərimə xalı alır. Az 
cərimə xalı almış komanda qalib gəlir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə