L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə105/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   227
Muteherrik ve eylenceli oyunlar

Qaydalar
. I. Topu xəttin arxasından atdıqdan sonra növbəti 
oyunçu birinci dairəyə qaçmalıdır. 2. Meydança komandasının 
oyunçuları növbəti dəfə atmaq üçün topu topatanlar komandasına 
qaytaran zaman dairələrdəki oyunçuların qaçıb o biri dairələrə 
keçməyə ixtiyarı yoxdur. 3. Topun dairələrdəki oyunçülara dəyməsi 
yalnız komandalar arasında topla atışma başlanması zamanı sayılır. 
Əgər meydança komandası şəhər xəttinin arxasına qaçıb gedirsə onda, 
onun oyunçuları topatanlar komandası ilə rollarını dəyişirlər. 
VIII sinfi bitirən şagirdlər qarşısında qoyulan əsas tələblər: 
şagirdlər VIII sinifdə öyrəndikləri oyunların qaydalarını bilməli və 
onlara əməl etməlidirlər: oyunlarda öyrənilmiş hərəkət səyləri tətbiq 
etmək məqsədəuyğundur, vacib olduqda oyun tapşırıqlarına müvafiq 
fəal fiziki keyfiyyətlər göstərmək lazımdır; komandada oyunçularla 
yekdil fəaliyyət göstərilməlidir; kobud texniki və taktiki səhvlərə yol 
verilməməlidir, ƏMH kompluksi normalarına yiyələnmədə mütəhərrik 
oyunların əhəmiyyəti haqqında anlayışa malik olmalı; tanış oyunlara 
hakimlik etməyi bacarmalıdır. 


159 
IX-XI siniflər üçün tövsiyələr. 
Tam orta təhsil pilləsi üçün mütəhərrik oyunların verilməsini 
zəruri hesab etmədik. Buna səbəb həmin pillədə şagirdlərin digər 
pillələrdə mütəhərrik oyunlar üzrə mənimsədikləri bilik və 
bacarıqlardan istifadə edərək onu bir qədər də çətinləşdirməklə istifadə 
etməsini faydalı hesab edirik. Çünki, bu zaman müvafiq məntiqi 
təfəkkür əməliyyatlarının yerinə yetirilməsinə şərait yaranır. Şagirdlər 
müəyyən resurslara müraciət etməklə, düşünür, fiziki inkişafa, 
hazırlığa və marağa münasib oyunlar seçib həvəslə oynayırlar. Bunlar 
məlumatlanma, əlaqələndirmə, izah etmə, təhliletmə və oyunları 
dəyərləndirmə ilə nəticələnir. Oyun seçib tətbiq etmə isə bilmə, 
anlama, dərketmə, müqayisə, kimi fiziki fəallıqla müşahidə olunur ki, 
bu da idrak fəaliyyətinin yüksəlməsinə səbəb olur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə