L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə113/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 
Böyük tənəffüslərdə fiziki hərəkətlər 
və mütəhərrik oyunlar 
 
Bədən tərbiyəsi fasiləsi tədris gün rejimində özünəməxsus yer 
tutur. Bədən tərbiyəsi fasiləsinin təmiz və açıq havada keçirilməsi 


173 
ibtidai sinif şagirdləri üçün daha xarakterikdir. O, hər şeydən əvvəl, 
mərkəzi sinir sisteminin funksional fəaliyyətinə müsbət təsir göstərir, 
bu da əqli iş qabiliyyətinin artmasına, sinir sistemində gedən 
proseslərin mütəhərrikliyinin yüksədilməsinə səbəb olur. 
Bədən tərbiyəsi fasiləsinin – qısa müddətli fəal istirahəti bütün 
fasilələrdə, xüsusən böyük tənəffüsdə təşkil etmək olar. Fəal istirahəti 
səmərəli təşkil etmək üçün ilk növbədə onun planı tutulmalıdır. İşin 
məzmunu qabaqcadan müəyyənləşdirilməlidir. Bədən tərbiyəsi 
fasiləsinin müvəffəqiyyətlə nəticələnməsi üçün hava şəraitinin və 
məktəbyanı meydançaların, qurğuların, avadanlıq və ləvazimatların da 
nəzərə alınması həlledici əhəmiyyətə malikdir. Açıq havada oyunlar 
10-12 
o
-dən aşağı temperaturda olmamaq şərti ilə keçirilməsi 
məsləhətdir. 
Açıq havada oyunların məcburi deyil, könüllülük əsasında 
keçirmək daha məqsədəuyğundur. Burada şagirdlər 2-1, 3-1 və s. 
müstəqil oyunlar keçirir və iplə hoppanmaları, müxtəlif növ sadə 
qaçışları yerinə yetirirlər. 
Fəal istirahət məqsədilə aparılan bədən tərbiyəsi fasiləsinin
səmərəli təşkilində məktəbyanı meydançanın səliqə-səhmanlı olması,
şagirdlərin sayına uyğun sadə avadanlıq və ləvazimatla təmin 
edilməsi xüsusən vacibdir. Həmin məqsədlə də sinif növbətçisi fasiləyə 
kimi lazım olan avadanlıq və ləvazimatları meydançaya (koridora) 
aparır və səhmana salır. Fasilə qurtardıqdan sonra isə yenə də istifadə 
olunan idman əşyaları yığışdırılır və əşyalar saxlanılan otağa aparılır. 
İdman əşyaları götürüləndə sayılmalı və yerinə qaytarılıb təhvil 
verilməlidir. 2-3 dəqiqə dərsə qalmış oyun və əyləncələri qurtarmaq 
lazımdır. Bu vaxt şagirdlər sakit halda öz siniflərinə gedib növbəti 
məşğələyə hazırlaşa bilərlər.Təəssüf ki, bəzi fasilələr səmərəli təşkil 
olunmur. Bəzən görürsən ki, fəal istirahətdən ötrü meydançada 
aparılmaq üçün ləvazimat yoxdur, bəzən də idman əşyaları şagirdlərin 
sayına uyğun gəlmir, bəzən də əşyalar yararsız və işlənməsi qeyri-
mümkün olur. 
Əlverişli olmayan havada isə bədən tərbiyəsi fasiləsini geniş 
otaqda, koridorda və başqa yerlərdə də təşkil etmək olar. Bu zaman 
daha kütləvi və daha sadə oyunlardan, rəqs hərəkətlərindən istifadə 
etmək faydalıdır. Otaq və koridorlarda da keçirilən oyun və rəqslərin 
səmərəli təşkilinə ciddi səy göstərilməli və yaxşı hazırlanmalıdır. Belə 
fasilənin keçirilməsinə sinif müəllimi ilə birlikdə, növbətçi müəllim, 


174 
dəstə rəhbərləri, bədən tərbiyəsi müəllimləri, yuxarı sinfin fəal və 
təşkilatçı idmançıları, habelə sinfin öz ictimaiyyətçiləri yaxından və 
var qüvvəsi ilə kömək göstərməlidir. 
Məktəb direktoru, tərbiyə işləri üzrə direktor müavini bədən 
tərbiyəsi fasiləsinin müntəzəm, məzmunlu və maraqlı təşkilinə, 
həmçinin nəzarət etməlidir, bu sahədəki mövcud qüsurların aradan 
qaldırılmasına kömək göstərməli, mübariz tədbirlər planı hazırlayıb 
həyata keçirməlidirlər. Xüsusilə belə bir faydalı işə baş bədən tərbiyəsi 
müəllimi daha məsuliyyətlə yanaşmalı, digər fənn müəllimləri isə fəal 
surətdə cəlb edilməlidirlər. Pedaqoji şurada, ictimai təşkilatların 
iclasında bədən tərbiyəsi fasiləsinin səmərəli təşkil edilməsi ilə 
əlaqədar xüsusi məsələlər qoyulmalı və məktəbdə həmin işin vəziyyəti 
müzakirə olunmalıdır. 
İbtidai siniflərdə bədən tərbiyəsi fasiləsi dövründə aşağıdakı
fiziki hərəkətlərdən istifadə olunur: ayağın, gövdənin, qolların müxtəlif 
vəziyyətlərində adi yeriş, yavaş, sürətlə, pəncələr üzərində və s. yerinə 
yetirilə bilər; siqnal üzrə verilən tapşırıqların sakit və sürətli qaçışla 
icra etmək, qaçışın yerişlə növbələşməsi, mürəkkəb olmayan 
maneələrin qət edilməsi ilə qaçış, bir və ya iki ayaq üzərində, ayaqların 
növbələşməsi ilə yerində irəliləmək, hoppanmalar və s. böyük və kiçik 
topların atılıb-tutulması, ikilikdə topun bir-birinə atılması, müxtəlif 
məqsədlə topun uzağa atılması və s. dırmanma, dırmanıb aşmaq, 
sürünmək, halqalardan sürüşüb keçmək və s. oyun formasında 
sallanma, dayaq saxlamaq və s. müxtəlif maneələrin dəf edilməsi, 
əşyalarla hərəkətlər, halqa, ağac, müxtəlif uzunluqda iplərlə hərəkətlər, 
əşyasız 
başın, 
gövdənin, 
əlin 
və 
ayaqların 
hərəkətləri, 
ümuminkişafetdirici hərəkətlər və qaçışla cisim atmalar, maneələrin 
keçilməsi, müqavimət və estafetlə əlaqədar mütəhərrik oyunlar. 
Fasilələrdə idman əyləncələrindən, xüsusən voleybol, basketbol, 
futbol oyun elementlərindən və s. istifadə etmək olar. Yuxarıda adları 
çəkilən fiziki hərəkət elementləri nəinki ibtidai sinif şagirdlərinin 
yaşına uyğundur, hətta bədən tərbiyəsi tədris proqram materialının 
yerinə yetirilməsinə yaxından kömək edir. Şagirdlərə hərəkət 
vərdişlərinin aşılanmasını sürətləndirilir, hərəkət təcrübəsini artırır və 
dayaq hərəkət aparatını təkmilləşdirir. 
Böyük 
tənəffüslərdə mütəhərrik oyunların və idman 
əyləncələrinin təşkili və keçirilməsi üzrə Qaradağ rayonundakı 228 
saylı məktəbdə bədən tərbiyəsi və idman kollektivinin zəngin və 


175 
maraqlı iş təcrübəsi vardır. İndi həmin təcrübəyə istinad edək: bu 
məktəbin baş bədən tərbiyəsi müəllimi, Böyük Vətən müharibəsinin 
iştirakçısı, onun qanlı-qadalı günlərinin acı yadigarı olan 5 düşmən 
gülləsini bədənində gəzdirən 5 ordenli maarif əlaçısı Paşa 
Sadıqbəyovdur. Paşa hava şəraitindən asılı olmayaraq bədən tərbiyəsi 
fasiləsinin könüllülük və müstəqillik əsasında keçirilməsinə artıq nail 
olmuşdu. Bütün hazırlıq tərtibi işlər planlaşdırılır və sinif müəllimləri 
və ictimaiyyətçi fəal idmançıların köməyi ilə həyata keçirilir. O, 
fasilənin tam məculiyyətlə, məzmunlu təşkilini xüsusi diqqət 
mərkəzində saxlayır. O, bədən tərbiyəsi fasilələrini tək-tək hallarda 
gimnastika zalında və xüsusi düzəldilmiş koridorlarda təşkil edir. 
Lakin otaq və koridorlarda keçirilən oyun və əyləncələr açıq havada 
təşkil edilən tədbirlərdən az effektli olur. Ümumiyyətlə, şəraitə 
uyğunlaşdırılmış rəqslər, əyləncələr və oyunlar bədən tərbiyəsi 
fasilələrində mühüm yer tutur. Soyuq havada növbətçilərin işi daha çox 
olur. Onlar məktəblilərin isti geyimdə açıq havada gəzintiəyə 
çıxmasına nəzarət edir. 
Müşahidələr göstərir ki, məktəbin digər bədən tərbiyəsi tədbirləri 
kimi fasilələrdə də böyük təşkilatçılıq işi tələb olunur. Elə buna görə də 
dərs ilinin əvvəlində sinif müəllimləri ilə təlimat keçir, ictimai 
təlimatçıların dəqiq siyahısını tərtib edir (IX-X siniflərdən). Adları 
siyahıya daxil edilmişlər, fəallar iclasında bədən tərbiyəsi üzrə ictimai 
təlimatçılar kimi təsdiq olunurlar. Yəni ibtidai siniflərdə bədən 
tərbiyəsi təlimatçısı olmaq onlara ictimai bir vəzifə kimi tapşırılır. 
Bundan sonra onlarla seminar və söhbətlər təşkil olunur. Bədən 
tərbiyəsi fasiləsinin və digər tədbirlərin əhəmiyyəti izah olunur, bu 
sahədə işin məzmunu və necə təşkil olunub keçirilməsi onların 
nəzərinə çatdırılır.
Yuxarı siniflərdə olan təlimatçı fəallar təhkim olunduğu ibtidai 
siniflərdə təbliğatı və təşkilati işlər aparır, sinif müəllimi ilə birlikdə 
fəal uşaqları seçir və onların vəzifəsini müəyyənləşdirirlər. Bununla da 
həmin üçlük fəaliyyətə başlayır. Məktəbdə inventar saxlanılan otaq 
ayrılmış və bədən tərbiyəsində istifadə ediləcək avadanlıq və 
ləvazimatları orada saxlayırlar və yeri gəldikcə götürüb istifadə edirlər. 
Bu avadanlıqların əksəriyyəti məktəbin əmək təlimi emalatxanasında 
məktəbli şagirdlərin, habelə valideynlərin yaxından köməyi ilə 
hazırlanır. Bununla yanaşı, şagirdlərə məktəbə top, ip; gimnastika 
halqaları və ağacları gətirməyə icazə verilir. Bəzən də siniflər öz idman 


176 
əşyaları ilə birlikdə məktəbyanı meydançaya çıxırlar. Fikrimizcə, 
həmin əşyaların növbətçilər vasitəsilə idman əşyaları saxlanılan otağa 
təhvil verilməsi, sonra isə lazımı vaxtda istifadə edilməsi yaxşı olardı. 
Dərsin sonunda ləvazimatların uşaqlara paylanması məsləhətdir. 
Bunun çox böyük təlim-tərbiyəvi əhəmiyyəti vardır. Həmin məktəbdə 
şagirdlər tennis topundan, halqalardan, raketlərdən, gimnastika 
ağaclarından, kublardan, iplərdən istifadə edirlər. Az tapılan idman 
əşyaları isə (məsələn, doldurulmuş toplar) məktəb əldə etməli və 
təlimatçılar vasitəsilə fasilə dövründə istifadə etmək üçün şagirdlərə 
verilməlidir. 
Məktəbin kompleks idman meydançası vardır. İdmanın ayrı-ayrı 
növləri üzrə basketbol, voleybol meydançaları, yüngül atletika 
bölmələri, gimnastika şəhərciyi, müxtəlif növ maneələr, müvazinət 
tirləri, turnik, nərdivanlar, yellənmə üçün halqalar, uzununa və 
hündürlüyə tullanmaq üçün çalalar düzəldilmişdir. Şagirdlər fasilə 
zamanı orada sərbəst və təlimatçının rəhbərliyi altında oynayır, rəqs, 
müxtəlif idman əyləncələri keçirirlər. Hər bir meydançanın bölməsində 
təlimatçılar növbətçilik edirlər. 
Tənəffüs dövründə kütləvi şəkildə yüngül atletika qaçışları 
yerinə yetirilir ki, bu da şagirdlərin çox böyük marağına səbəb olur. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə