Bədii gimnastika üzrə o qədər avadanlıq və ləvazimata ehtiyac
yoxdur. İlk məşğələlər ümuminkişafetdirici hərəkətlər, sonra isə
lentlər, iplərlə bağlıdır. O 1 saat ərzində keçirilməli, hər qrupda 15 – 20
şagird olmalıdır.
İlk məşğələlərdə şagirdlərin nəyə qabil olmalarını aşkara
çıxartmalı və növbəti məşğələləri həmin göstəricilər (fiziki hazırlıq,
sürət, qüvvə, cəldlik və s.) əsasında qurmalıdır. Çalışmaq lazımdır ki,
fiziki cəhətdən eyni hazırlıqlı qızlar eyni qrupda cəmləşdirilsin.
Qızların çevikliyini «körpü» hərəkətləri, bu və ya digər maneələr
üzərindən hoppanmalar yolu ilə aşkara çıxarmaq olar.
Bədii
gimnastika
məşğələlərinin
müntəzəm
həyata
keçirilməsində valideynlərin rolu çox böyükdür. Ona görə də qruplar
komplektləşdirilən zaman valideynlər məktəbə dəvət olunmalı,
gimnastikanın qızlar üçün vacibliyindən danışmalı, onları məşğələnin
cədvəli ilə tanış etməli, idman formasının, iplərin və topların əldə
edilməsi yollarını izah etməlidir. İclasda həkimin çıxışını təşkil etməli,
o,
qızların inkişafında bədii gimnastikanın əhəmiyyətindən
danışmalıdır.
İlk mərhələdə ümuminkişafetdirici hərəkətlər elementlərinin,
bədii gimnastikanın və elementlərinin, rəqs addımları və akrobatika
hərəkətlərinin öyrədilməsi məsləhət görülür. Ümumiyyətlə, əsas diqqət
qamətin düzgün tərbiyəsinə, ayaq əzələlərinin inkişafına, düzgün
yerişə, hərəkətlərində incə və çevik olmağa verilməlidir.Qeyd
etməliyik ki, bədii gimnastika məşğələlərində mütəhərrik oyunlardan
geniş istifadə etmək lazımdır. Hərəkətli oyunlar qızların çevikliyini
artırır. Məşğələnin əsas hissəsində əşyalı və əşyasız oyunların
təşkilinin özü də öyrənilmiş hərəkətlərin vərdiş halına keçməsinə
müsbət təsir göstərir. Tamamlayıcı hissədə isə əl və qolların yumşaq
hərəkətlərinə, sakit oyunlara, sakitləşdirici hərəkətlərə fikir verilir.
Müqavimət hərəkətləri icra edilərkən hərəkətlər yoldaşın köməyi
ilə yavaş tempdə və düzgün olaraq icra olunmalıdır. Bu hərəkətlərin
icrası zamanı şagirdlərə nəzarəti və köməyi bir qədər də artırmaq
lazımdır.
Çevikliyin inkişafı üçün hərəkətlər isə birdən-birə, yavaş və
cəldliklə yerinə yetirilməlidir. Bədii gimnastika üzrə fiziki yük
hərəkətlərin miqdarından və mürəkkəbliyindən, temp və onun yerinə
yetirilmə ritmindən və sayından asılıdır. Fiziki yük tədricən
artırılmalıdır. Fiziki yük qızlara nisbətən oğlanlarda xeyli ağır
170
olmalıdır. Qızlar üçün kompleks hərəkətlər seçərkən qarın əzələlərini,
cəldliyi, elastikliyi inkişaf etdirən hərəkətlərə xüsusi diqqət yetirmək
vacibdir.