L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə111/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   227
Muteherrik ve eylenceli oyunlar

Bədən tərbiyəsi dəqiqələri 
 
Məlumdur ki, gərgin təlim dövrü ibtidai siniflərdən başlayaraq I 
sinifdən etibarən şagirdlərin ciddi fəaliyyətə başlaması onların daxili 
üzvlərinin, xüsusən sinir sisteminin gərginliyini artırır. Normal 
fəaliyyət üçün daha çox enerji sərf etmək tələb olunur. Konkret desək, 
I-IV siniflərdə 4 və ya 6 saat dərs ərzində eyni xarakterli iş (zehni) 
yerinə yetirilir. Bu isə bir tərəfdən kiçik məktəbyaşlı uşaqların təlimə 
marağını, fikri fəallığını azaldırsa, digər tərəfdən onların 
emosionallığına mənfi təsir göstərir.
Baş beyin qabığında bir sıra mənfi hallar da baş verir ki, bütün 
bunlar da mərkəzi sinir sisteminin funksional imkanlarını, iş 
qabiliyyətini nisbətən aşağı salır. Buna görə də, ümumtəhsil 
məktəblərinin ibtidai siniflərindən başlayaraq şagirdlərlə təlim 
dövründə qısa müddətli bədən tərbiyəsi dəqiqəsi həyata keçirilir və 
beləliklə, onların fəal istirahətini təmin edir. 
Alimlər tədqiqat nəticəsində müəyyən etmişlər ki, I-II sinif 
şagirdlərinin fəal diqqəti yalnız cəmi 15-20 dəqiqəyə qədər olur. 
Buna görə də həmin sinifdə istirahət dəqiqəsi dərsin 15-20 dəqiqəsində 
təşkil olunmalıdır. II-IV siniflərdə isə hər bir dərsin 20-25 dəqiqəsində 
şagirdlərin diqqəti yayınır və tədrisə lazımi fikir verməkdə çətinlik 
çəkirlər.
Həmin siniflərdə fəal istirahət dəqiqələri tədris prosesinin 20-25 
dəqiqəsində həyata keçirilir. 
İbtidai sinif şagirdləri ilə fəal istirahətin keçirilməsi təkcə təlim 
prosesinə fəallığı artırmaq məqsədilə təşkil edilmir, o, eyni zamanda 
tədris fəaliyyəti dövründə kiçikyaşlı məktəblilərin eşitmə, görmə, 
duyğu üzvlərinə istirahət vermək üçün də təşkil edilir. Çünki, duyğu
üzvləri tədris fəaliyyətində çox iş görməklə, başlıca çətinlikləri öz 
üzərinə götürür. Bundan əlavə, dərs vaxtı gövdə əzələləri, kürək 
əzələləri statik gərginlikdə olur, əl əzələləri isə əla işləyir. Bədən 
tərbiyəsi dəqiqəsi hərəkətləri isə bu əzələlərin istirahətinə şərait 
yaradır. 


171 
Müşahidələr göstərir ki, qısa müddətli bədən tərbiyəsi 
dəqiqəsinin keçirilməsi vaxtını müəllimin müəyyənləşdirməsi daha 
faydalıdır. Ona görə ki, istirahət dəqiqəsinin konkret olaraq təşkil 
edilməsinə məhəl qoymaq o qədər də məqsədəuyğun deyildir. O, 
əsasən dərsin mövzusunun xarakterindən, tədris fəaliyyətindən, tədris 
yükünün həcmindən, şagirdlərin əhval-ruhiyyəsindən, mövcud dərsin 
həmin dərsdən sonra keçirilməsindən, əvvəlki dərsdə şagirdlərin 
tədrisə göstərdiyi münasibətdən və bir çox amillərdən mühüm dərəcədə 
asılıdır.
Qısa müddətdə göstərilən dərsin birinci yarısında və yaxud ikinci 
yarısında, yaxud da həm dərsin I yarısında, həm də dərsin II yarısında 
da təşkil etmək mümkündür. Ümumiyyətlə, bu məsələləri fənn 
müəllimi özü həll etməlidir. Keçirilən bədən tərbiyəsi dəqiqəsi isə 
məktəblilərin zehni gərginliyinin aradan qaldırılmasına, bədəncə 
sağlam olmasına, diqqəti toplamasına xidmət etməlidir. 
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin komandası və ya siqnalı 
üzrə keçirilməsinin təlim-tərbiyəvi əhəmiyyəti böyükdür. «Bədən 
tərbiyəsi dəqiqəsi başlandı» komandası verilən kimi bütün şagirdlərin 
diqqəti müəllimdə olur. Növbətçilər pəncərənin gözlüyünü açırlar, 
hamı qalxır və partaların arasında onların hər biri üçün edilmiş nişanlar 
üzərində dayanırlar. Bəzi hərəkətləri isə partada oturmaqla və ayağa 
qalxmaqla da icra etmək olar. 
Bədən tərbiyəsi dəqiqəsinin müəllimin bilavasitə iştirakı ilə 
yerinə yetirilməsi daha əhəmiyyətlidir. Bu işi qabaqcadan hazırlanmış 
şagirdlərə də həvalə etmək mümkündür. 
Bədən tərbiyəsi dəqiqəsi üçün seçilən komplekslər sadə 
hərəkətlərdən, xüsusən 3-4 gövdə, qol, qıç və ayaq hərəkətlərindən 
ibarət olur. Bədən tərbiyəsi dəqiqəsi kompleks hərəkətləri qaydaya 
görə 3 tip hərəkətdən təşkil olunmalıdır:
I tip hərəkətlər «dartınma»; II tip hərəkətlər ayaq əzələlərinin 
inkişafından ötrü; III tip hərəkətlər isə gövdə əzələlərinin inkişafı və 
qüvvəsinin artırılmasına yönəldilməlidir. Uşaqlar hərəkətləri düzgün 
yerinə yetirə bilirlərsə, onda kompleksi həftədə 2 dəfə dəyişdirmək 
olar. Hərəkət birləşmələri bədən tərbiyəsi dəqiqələrində öyrədilməlidir. 
Ümumiyyətlə, qısa müddətli istirahət üçün kompleks hərəkətlər 
tərtib olunarkən çalışmaq lazımdır ki, onlar daha çox əzələ qrupuna 
təsir edə bilsin, statik gərginliyi nisbətən azaltsın, tənəffüsü 


172 
fəallaşdırsın, qan və limfa dövranını gücləndirə bilsin, şagirdlərin 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə