Günüuzadılmış qruplarda idman «saatı»
Şagirdlərin ictimai tərbiyəsini genişləndirmək, onların hərtərəfli
inkişafı üçün daha əlverişli şərait yaratmaq və uşaqların tərbiyəsində
ailəyə yardım göstərmək məqsədilə, tədris-maddi baza olduqda
günüuzadılmış ümumtəhsil məktəbləri və ya günüuzadılmış qruplar və
siniflər yaradılır. Ölkəmizdə həmin iş böyüməkdə olan gənc nəslin
təliminə, tərbiyələndirilməsinə yönəldilmişdir. Tula şəhərində
günüuzadılmış məktəblərin daha da iinkişaf etdirilməsinə həsr edilmiş
elmi-praktik konfransda bu məktəb və qrupların məktəblilərin təliminə,
tərbiyəsinə çox böyük kömək göstərdiyi məruzə və çıxışlarda, özü də
çox böyük ruh yüksəkliyi ilə qeyd edilmişdir. Keçmiş SSRİ Maarif
Nazirliyi və SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən təşkil
olunmuş həmin konfransın materiallarından məlum olur ki, şagirdlərin
günüuzadılmış məktəblərə, qruplara cəlb edilməsi ümumməktəb üzrə
177
şagird kontingentin sabit qalmasına müsbət təsir göstərmişdir (Bax:
«Azərbaycan müəllimi» qəzeti, 1973, 28 fevral).
Günüuzadılmış qruplarda və məktəbdə məşğələlərin düzgün və
səmərəli təşkili şagirdlərin bilik, bacarıq və vərdişlərinin daha da
inkişaf etdirilməsində, idrak fəallığının artırılmasında, ictimai-faydalı
əməyə alışdırılmasında çox böyük əhəmiyyətə malikdir. Belə
məktəblərdə məşğələlərin rəngarəng olması, şagirdlərin yaşına,
psixoloji xüsusiyyətlərinə müvafiqliyi tərbiyəvi əhəmiyyət kəsb
etməklə yanaşı, eyni zamanda valideynlərin ailədə işini yüngülləşdirir,
səmərəli istirahətini təmin edir. Bütün bunlar isə istehsalatda çalışan
ailə üzvlərinin əmək məhsuldarlığını yüksəldir, işlədiyi müəssisə və
idarədə fəallığını artırır.
Günüuzadılmış məktəb və qruplar şagirdləri ictimai-faydalı
əməyə, dərnək və bölmələrə cəlb etməklə, onların mədəni istirahətini
təmin edir, hərtərəfli və fiziki cəhətdən ahəngdar inkişaf etmələrinə
şərait yaradır, sağlamlıqlarını möhkəmləndirir.
Müşahidələr göstərir ki, respublikamızın kənd rayonlarında və
Bakı şəhərinin günüuzadılmış məktəblərində, qrup və siniflərində
şagirdlərin fiziki tərbiyəsi sahəsində xeyli iş görülmüşdür. Lakin
əksəriyyət məktəblərdə fiziki tərbiyə və idman üzrə aparılan iş o qədər
də diqqəti özünə cəlb etmir, zəif təşkil olunur, hələ də bir sıra gənc
tərbiyəçilər qruplarda yazılı və şifahi ev tapşırıqlarını, texniki
yaradıcılıq işlərini müvafiq təşkil etsələr də, istirahət saatını günün
tələbləri səviyyəsinə hələ də çatdıra bilməmişlər. Bu sahədə çoxlu
səhvlərə yol verirlər. Bir qrup tərbiyəçilər idman saatını sinifdə
oturmaqla, bir qrup tərbiyəçilər isə şagirdləri məktəbyanı sahəyə
çıxartmaqla kifayətlənirlər. Yadda saxlamaq lazımdır ki, təbii hərəkət
vərdişlərinin formalaşması hərəkət sürətinin, gücün, cəldliyin və
davamlığın inkişafı ilə sıx əlaqədar olub, yalnız və yalnız səmərəli
təşkil olunmuş fiziki tərbiyə prosesində yaranır.
Unutmaq lazım deyildir ki, günüuzadılmış məktəblər, qruplar
üçün ayrılmış idman saatı müxtəlif mütəhərrik və idman oyunları,
ekskursiya, qısa müddətli turist yürüşləri ilə zəngin olmalıdır.
Qrup tərbiyəsiçi məşğələlərin təşkili və keçirilməsində bədən
tərbiyəsi müəlliminin köməyindən və göstərişindən həmişə istifadə
etməlidir.
Gün rejimində fiziki hərəkətlərdən və oyunlardan ibarət
məşğələlər məzmununa, həm də quruluşuna görə bədən tərbiyəsi
178
dərslərindən xeyli fərqlənməlidir. Lakin gün qruplarında keçirilən
bədən tərbiyəsi məşğələləri başlı-başına buraxılmamalı, bilavasitə
tərbiyəçinin rəhbərliyi altında keçirilməlidir. Qruplara bacarıqla
rəhbərlik
etmək,
şagird
kollektivinin
fəaliyyətini
düzgün
istiqamətləndirmək və onların səylərini (düzgün) rəğbətləndirməyə
ciddi səy göstərilməlidir. Bunun üçün məşğələlərin forma və
məzmununu tez-tez rəngarəngləşdirmək və şagirdlərin marağını nəzərə
alaraq onların bu və ya digər oyun növlərinə münasibətlərinə daim fikir
vermək lazımdır. Uzadılmış gün rejimindəki bədən tərbiyəsi
məşğələlərini açıq havada, hava əlverişli olmadıqda isə havası təmiz və
dəyişilmiş otaqda keçirmək lazımdır.
I-IV sinif şagirdlərinin məşğələlərinin əsasını mütəhərrik oyunlar
təşkil etməlidir. Bu oyunların içərisində dərsdən uşaqlara tanış olan və
onların daha həvəslə oynadıqları oyunların olması məqsədəuyğundur.
Tərbiyəvi xarakterli oyunlara xüsusi diqqət yetirmək lazımdır.
Oyun uşağın sağlamlığını, orqanizmin həyat fəaliyyətini artıran
mühüm vasitələrdəndir. Oyun fiziki hazırlıqla yanaşı, uşağın estetik
zövqünün yaranmasına, hisslərin inkişafına, baş beyin ali hissələrinin
fəaliyyətinin güclənməsinə müsbət təsir göstərir. O, eləcə də uşağın
əhval-ruhiyyəsini yaxşılaşdırır, emosionallığını artırır.
Görkəmli pedaqoq A.S.Makarenko vaxtilə oyuna yüksək qiymət
verərək yazmışdır ki, yaşlı adamın həyatında iş, fəaliyyət, qulluq nə
kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib
və əhəmiyyətlidir.
Bundan
əlavə, oyun uşaqlarda kollektivçilik, dostluq,
təşəbbüskarlıq,
qoçaqlıq,
dözümlülük,
beynəlmiləlçilik
və
vətənpərvərlik kimi ən yüksək əxlaqi keyfiyyətləri aşılayır. Oyun
müəllimin rəhbərliyi altında keçirildikdə, o daha faydalı olur. Oyunun
keçirilməsi uşaqlar üçün cansıxıcı olmamalıdır. Müəllim məzmunlu,
rəngarəng oyun seçməkdə, oyunları səmərəli, düzgün keçməkdə və ona
rəhbərlikdə yüksək pedaqoji ustalıq nümayiş etdirməlidir. Oyun vaxtı
şagirdlər arasında vəzifə bölgüsü apararkən onların fərdi
xüsusiyyətlərini, hərəkət və təşkilatçılıq qabiliyyətini nəzərə almalıdır.
Təkcə qüvvətli uşaqlar deyil, həmçinin zəif uşaqlar da oyuna fəal cəlb
olunmalıdır.
Bakı şəhərinin günüuzadılmış məktəb və qruplarında idman
saatının necə qurulduğunu öyrənmək məqsədilə bir sıra məktəblərdə
müşahidələr apardıq. Məlum oldu ki, Xətai rayonundakı 254 saylı
179
məktəbdə bu iş digər məktəblərə nisbətən daha yaxşı təşkil
olunmuşdur. Elə buna görə də həmin məktəbin iş təcrübəsinə istinad
etməyi lazım bildik.
Müşahidələrdən aydın olur ki, 254 saylı məktəbdə idman saatına
xüsusi diqqət yetirilir, məşğələlər qış fəslində məktəbin böyük idman
salonunda, payız və yaz fəslində isə məktəbyanı bağda meydançada
keçirilir. Yazda məktəbyanı sahə daha da gözəl görünür. Məktəb hər
tərəfdən yaşıllığa bürünür. Uşaqlar idman saatında bu yaşıllıqlarda
oynamaqdan doymur, hey onyamaq istəyirlər.
Tərbiyəçi M.Mikayılova 11
b
sinfində apardığı məşğələni
müşahidə etdik. İdman saatında uşaqlar hamısı idman geyimində
(trusi, mayka və idman ayaqqabısında) məktəbyanı sahəyə çıxıb
düzüldü və tərbiyəçinin göstərişini dinlədilər. Tərbiyəçi idman
saatında nə kimi işlə məşğul olacaqlarını elan etdi. «… Bu gün həm də
«Gəlin gəzməyə gedək» oyununa keçək» sözünü bitirə-bitirməz
şagirdlərin əhval-ruhiyyəsi yüksəldi və üzlərində xoş bir təbəssüm
yarandı. Məsmə müəllimə oyunun əhəmiyyəti haqqında qısa məlumat
verdikdən sonra onun məzmunundan, təşkili və keçirilməsi
qaydalarından danışdı. Bundan əlavə, müəllim oyunun qaydalarına
hamının bir nəfər kimi riayət etməsini tapşırdı. Oyun başlandı:
oyunçular meydançanın müxtəlif yerlərindən kiçik dairə çəkib onun
içərisində durdular (aparıcıdan başqa).
Aparıcı şagird istədiyi oyunçuya yaxınlaşıb deyirdi: «Gəzməyə
gedək». Dəvət olunan oyunçu bir cərgəyə düzülüb aparıcının arxasınca
gedirdilər. Bütün oyunçular öz yerlərindən çıxan kimi aparıcı onları
dairədən bir qədər aralı məsafəyə aparıb, işarə və ya siqnal verirdi.
Aparıcı, hərə öz yerinə deyən kimi bütün oyunçular qaçıb öz dairəsini
tuturdu. Dairəsini tuta bilməyən oyunçu növbəti oyunda aparıcı rolunu
oynayırdı. Aparıcı rolunda bir dəfə də olsun çıxış etməyən şagirdlər
oyunun qalibi hesab olunur və oyunçular qarşısında tərbiyəçi müəllim
tərəfindən rəəğbətləndirilirdi.
Oyun maraqlı və yüksək intizamlı keçirildi. Məsmə müəllimə
məşğələnin axırında oyun haqqında uşaqların nə kimi təəssüratda
olduqlarını və növbəti məşğələdə hansı oyunları keçməyi
arzuladıqlarını soruşdu. İdman saatında uşaqlar ancaq oyunla
kifayətlənməyib, Azərbaycana həsr olunmuş şeir söyləyir, Azərbaycan
xalq rəqslərini ifa edirlər. Rəqslər nağara və qarmonun müşayiəti ilə
keçirildi. Çox gözəl haldır ki, rəqs edənlər də, musiqiçilər də
180
şagirdlərin özü idi.Bütün bunlar da məşğələnin rəngarəngliyinə,
effektliyinə, xüsusən qrup uşaqlarının istirahətinin səmərəli keçməsinə
müsbət təsir göstərirdi.
287 saylı «Gələcək zəkalar» məktəbinin tərbiyəçi-müəllimi
M.Qardaşəliyeva
və 264 saylı məktəbin tərbiyəçi-müəllimi
E.Mirzəbəyova da idman saatını şagirdlərin yaş
xüsusiyyətlərinə, estetik zövqünə uyğun qurur və əsas məqsədin həyata
keçirilməsinə yönəldir. Mətanət müəllimə valideynlər qarşısında da
çıxış edir, qruplarda idman saatının təşkili xüsusiyyətlərindən, fiziki
tərbiyə məşğələlərindən, mütəhərrik oyunlara geniş yer verilməsinin
əhəmiyyətindən söhbət açmışdır. Mətanət müəllimin bir «idman
satını» müşahidə etdik. O, «Ovçular və dovşanlar» oyununu keçirdi.
Oyunda aparıcı rolunu müəllim özü oynayırdı. Müəllim «Dovşanlar
meşəyə qaçdı» elan edən kimi, bütün uşaqlar məktəbin bağçasına
qaçıışdılar. Müəllimin «Ovçu gəldi» komandasından sonra isə
«dovşanlar» öz yuvasına qaçırdılar, pusquda dayanmış «ovçular» isə
yerindən tərpənmədən «dovşanları» topla vurmağa başladılar. Oyun üç
dəfə təkrar olundu. Tutulan dovşanlar hesablandı və yeni ovçu seçildi.
Oyun şagirdlərin hərəkət fəallığı və böyük ruh yüksəkliyi şəraitində
keçdi. İndii də günüuzadılmış məktəb, qrup və siniflərdə tərbiyəçi
işləyən müəllimlərin ehtiyacını nəzərə alıb onlara kömək məqsədilə bir
neçə oyunnun məzmununu verək:
Dostları ilə paylaş: |