190
Bədən tərbiyəsi dəqiqəsinin hansı
dərslərdə və nə vaxt
keçirilməsi mübahisəli olduğundan bu barədə müxtəlif mülahizələr
mövcuddur. Lakin metodist və müəllimlərin əksəriyyəti
bədən
tərbiyəsi dəqiqəsinin I növbədə III – IV dərslərdə II növbədə isə II – III
dərslərdə keçirilməsini məsləhət görürlər.
Biz deyilənlərin
tərəfindəyik.
Lakin həmin fikrə onu da əlavə etmək istərdik ki, bədən
tərbiyəsi dəqiqəsini keçirərkən dərsin zehni xarakter daşımasını,
şagirdlərin
əhval-ruhiyyəsini, yorulma dərəcəsini, emosiyasını da
nəzərə almaq faydalı olardı. Bəzi müəllimlər göstərirlər ki, bədən
tərbiyəsi dəqiqəsi dərsin qurtarmasına 15-20 dəqiqə qalmış
keçirilməlidir. Fikrimizcə, bədən tərbiyəsi dəqiqəsinin keçirilməsini
resept kimi göstərmək o qədər də doğru deyildir.
O şagirdin növbəti
tədris fəaliyyətinə nə dərəcədə də hazır olmasından asılıdır. Bədən
tərbiyəsi dəqiqəsinin dərsin hansı hissəsində keçirilməsini
müəyyənləşdirilməlidir. Burada fənn müəlliminin pedaqoji ustalığı,
məharəti və müşahidə qabiliyyəti həlledici rol oynayır.
Qeyd
etməliyik ki, bədən tərbiyəsi dəqiqəsi üçün mürəkkəb
hərəkətlərdən istifadə etmək lazımi effekt vermir. Buna görə də 3-5
elementdən ibarət olan sadə, maraqlı və diqqəti
cəlbedici hərəkətlər
seçməli və onu 3-4 dəfədən artıq olmamaq şərti ilə təkrar etməlidir.
Həmin hərəkətlər əl, qol, kürək və qıç əzələlərinin və çiyin qurşağının
hərəkət
qüvvəsinin
artmasına
yönəldilməli,
zehni
fəallığı
yüksəltməlidir.
Bədən tərbiyəsi hərəkətlərinin seçilməsinə ixtisas müəllimləri
kömək göstərməlidirlər. Hərəkətləri fənn müəlliminin özü də yaxud
yaxşı hazırlıqlı şagirdlərdə apara bilər.
Təşkilati və intizam
məsələlərinə bilavasitə, fənn müəllimləri cavabdehdir. Eyni zamanda
məktəb direktoru və həkimi bu tədbirlərin nəticəsini qiymətləndirməyə
borcludurlar. Xüsusən, tədris əhəmiyyəti göstərilməlidir.
Hərəkətlər parta arxasında oturulu və yaxud partalararası
qabaqcadan müəyyənləşdirilmiş yerdə icra oluna bilər.
Bu dövrdə
küləksiz havada pəncərə açılmalı, şagirdlərə ani sərbəstlik verilməlidir.
Hərəkətin icrası zamanı şagirdlərə yaxasını açmaq məsləhət görülür.
Hərəkətin icrası yüngül olmalı, orqanizmə ümuminkişaf etdirici təsir
göstərməli və cəmi bir neçə dəqiqə davam etməlidir.
Bədən tərbiyəsi hərəkətləri əvvəlcə əl əzələlərinə,
ikinci çiyin
qurşağı və kürək əzələlərinə, üçüncü gövdə əzələlərinə və dördüncü
191
ayaq əzələlərinə təsir göstərməli və onların hərəkət fəallığını
artırmalıdır. Hərəkətlər ən azı həftədə bir dəfə, ən çoxu isə iki həftədə
bir dəfə dəyişməlidir. Hərəkətlər seçilərkən pedaqoji ardıcıllığı,
sadədən mürəkkəbə doğru prinsipinə riayət edilməsi məqsədyönlüdür.
Dostları ilə paylaş: