194
İbtidai siniflərdə sinifdənkənar sağlamlıq
bədən tərbiyəsi və
kütləvi idman tədbirləri bir sıra məqsədlə təşkil edilir və burada
müxtəlif məktəb şagirdləri cəlb edilir. Daha konkret desək:
1.İdman işləri şagirdlərlə idmanın bu və ya digər növləri üzrə
bilik, bacarıq və vərdişləri aşılamaq onları həmin istiqamətdə inkişaf
etdirmək məqsədilə keçirilir. İdman üzrə
təşkil olunan bölmələrdə
şagirdlər bir tərəfdən konkret idman növü üzrə öz ustalığını artırır,
bacarıqlarını təkmilləşdirir. İkinci tərəfdən onlar idmançı kimi yetişir
və sinfinin, məktəbinin və hətta yaşadığı rayonun idman şərəfini
qoruyurlar. Həmin bölmələrdə məşğul olanlar öz sağlamlığını
möhkəmləndirir, fiziki hazırlıqlarını və imkanlarını artırırlar. Həmçinin
kollektivinin
şərəfini yüksək tutmaq, kollektivçilik, dostluq və
yoldaşlıq, kollektivinə məhəbbət və s. ruhda tərbiyə olunur.
2.Məktəblərimizdə səhhətində bəzi qüsurlar olan şagirdlərə rast
gəlmək olur. Həmin şagirdlərin səhhətinə müsbət təsir göstərmək,
onların fiziki inkişafını formalaşdırmaq
və fiziki hərəkət
keyfiyyətlərini artırmaq üçün ümumi fiziki hazırlıq qruplarında
müntəzəm olaraq məşğul olmaq uşaqların mənəviyyatına həm də
təliminə müsbət təsir edir, tez-tez dərs buraxmaq hallarının qarşısını
alır.
3.Məktəbdə bir qrup uşaqların idman məşğələlərinə və
bölmələrinə cəlb olunmasında əsas məqsəd onların
fiziki
keyfiyyətlərini təkmiləşdirməkdən ibarətdir. Əlbəttə, bu cür
məşğələlər könüllülük prinsipi əsasında uşaqların arzu və xahişi
nəzərə alınaraq təşkil edilir.
Sinifdənkənar bədən tərbiyəsi işlərinə şagirdlər cəlb olunarkən
bir sıra vacib pedaqoji-psixoloji məsələləri
nəzərə almaq hökmən
lazımdır. Xüsusən uşaqların marağı, fiziki hazırlığı, fiziki inkişafı,
fərdi xüsusiyyətləri, qabiliyyətləri diqqət mərkəzində olmalıdır. Ayrı-
ayrı idman hərəkət növünə şagirdlərin cəlb olunmasında seçmə
(fərdiləşdirmə) üsulundan geniş istifadə olunur. Bu şagirdlərin marağı
ilə yanaşı onların fiziki inkişafı, qabiliyyətləri öyrənildikdən sonra
həyata keçirilməlidir.
Müşahidə olunmuşdur ki, deyilənlər bəzən
nəzərə alınmır, nəticədə tədricən idman məşğələlərinə gələnlərin sayı
günbəgün azalır və ya lazımi göstərici əldə etmək mümkün olmur.
Elmi tədqiqatlar və təcrübə göstərir ki, kiçik məktəbyaşlılar
idmanın üzgüçülük, bədii gimnastika
və mürəkkəb koordinasiya
hərəkətlərini buz üzərində daha yaxşı icra edirlər. Həmin hərəkət
195
növlərinin texnikasına böyük yaşlı şagirdlərə nisbətən tez və sürətlə
yiyələnirlər. 8-10 yaşlı məktəbli oğlanlarla isə futbol və qaçıqşın
texnikası daha tez aşılanır. Mürəkkəb futbol priyomlarını qısa bir
müddətdə mənimsəyirlər. Ümumiyyətlə,
müşahidə olunmuşdur ki,
ibtidai sinif şagirdləri ümuminkişafetdirici hazırlıq və ilk hərəkətləri
böyük həvəslə və müvəffəqiyyətlə yerinə yetirirlər.
Sinifdənkənar bədən tərbiyəsi işlərinin qarşısında duran başlıca
vəzifələrdən biri də dərs prosesində öyrədilmiş bilik, bacarıq və
vərdişlərin dərinləşdirilməsindən ibarətdir. Çünki bədən tərbiyəsi
dərsləri tədris proqramı materiallarının
mənimsədilməsində mühüm və
həlledici mahiyyətə malik olsa da, o, yalnız sinifdənkənar müxtəlif
tədbirplər vasitəsilə dərinləşdirilir və möhkəmləndirilir. Sinifdənkənar
yüngül atletika bölməsində yeriş, qaçış və cisim atmalar və s. hərəkət
növləri üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi və s. buna misal
ola bilər.
İndi də ibtidai sinif şagirdləri üçün onların yaş xüsusiyyətlərinə,
xarakterinə daha da yaxın olan sinifdənkənar keçirilən bədən tərbiyəsi
məşğələlərinin bir neçəsinin təşkilini konkretləşdirək.
Dostları ilə paylaş: