L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


birinci , metodda başlıca diqqət hərəkətlərin  hissə-hissə



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə133/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   227
Muteherrik ve eylenceli oyunlar

birinci
, metodda başlıca diqqət hərəkətlərin 
hissə-hissə 
öyrədilməsi
nəzərdə tutulur. İkincidə isə tam şəkildə öyrədilməsi 
nəzərdə tutulur. Məsələn, əgər müəllim uzununa tullanmanı öyrədirsə, 
o, əvvəlcə hərəkət texnikasına az vaxt içərisində düzgün yiyələnmək 
üçün zəruri komponentləri müəyyənləşdirir. Sonra isə bu 
komponentləri ayrı-ayrılıqda mənimsədir, daha sonra isə onlar arasında 
uyğunluq-əlaqə yaradır. Uzununa tullanmanı başlıca öyrətmə 


206 
komponentlərinə isə qaçış texnikasının aşılanması, təkan nöqtəsinin, 
təkan ayağının dəqiqləşdirilməsi, uçuş və yerə düşmə fazalarının 
düzgün yerinə yetirilməsi texnikasının mənimsədilməsi və s. pedaqoji 
metodik məsələlər daxildir. 
İkinci metodda
hərəkət texnikasının hissə-hissə öyrədilməsi 
fonunda bütövlükdə (tamlıqla) təkrar edilməsi yolu ilə hərəkətin 
öyrədilməsidir. Həmin metoddan istifadə zamanı əsas diqqət hissə-
hissə öyrədilən hərəkət elementləri arasında uyğunluq-koordinasiya 
yaratmağa yönəldilməlidir. Əgər hissələr arasında uyğunsuzluq 
müşahidə olunursa, bu vaxt onun səbəbi öyrənilməli və aradan 
qaldırılması məqsədilə əlavə xüsusi hərəkətlər seçilməli və həmin 
prosesdə istifadə edilməlidir.
Məşğul olanlar atletikanın hər hansı növü üzrə hərəkət 
texnikasına yiyələndikdən sonra onların idman nəticəsinin 
yüksəldilməsinə də çalışmalıdır. Konkret desək, hərəkət texnikasının 
bütövlükdə təkmilləşdirilməsi və məktəblərin fiziki hazırlığının 
artırılması yolu ilə idman sahəsində müvafiq nailiyyətləri qazanmaq 
lazımdır. Burada əzələ qüvvəsini artıran, hərəkət texnikasını 
bütövlükdə öyrənməyi təkmilləşdirən fiziki tərbiyə elementlərindən, 
texniki təlim vasitələrindən istifadə olunmalıdır. Hərəkət texnikasının 
mənimsədilməsi ilə əlaqədar texniki vasitələrdən istifadə edərkən 
duyma, hissetmə qabiliyyətini nəzərə almaq vacibdir. İbtidai siniflərdə 
səs və ekran vasitələrinə və onların düzgün tətbiqinə nail olmalıdır. 
Texniki təlim vasitələri və əyani vəsaitlər hərəkət texnikası üzrə 
qruplaşdırılmış siniflərin hazırlıq səviyyəsinə uyğun olaraq tətbiq 
olunmalıdır. Texniki vasitələrdən istifadə olunarkən hərəkət texnikası 
bütövlükdə, sonra isə hissə-hissə və ya əksinə nümayiş etdirilə bilər. 
Bu zaman sözün əyaniliklə və ya əyaniliyin sözlə qarşılıqlı əlaqəsini 
düzgün təşkil etmək xüsusən vacibdir. 
Müşahidələrdən aydın olur ki, atletika üzrə yeni hərəkət 
texnikası öyrədilərkən aşağıdakı pedaqoji-metodiki amllərə əməl
olunması təlim işinin müsbət nəticələnməsinə kömək edir. Bura 
hərəkət texnikasının bütövlükdə və hissə-hissə-hissə öyrədilməsində 
izahetmə, hərəkət texnikasının bütövlükdə və ya hissə-hissə 
öyrədilməsinin bilavasitə müəllimin rəhbərliyi altında aparılması, 
hərəkət texnikasının təkrar edilməsi dövründə qüsurlu yerinə yetirilən 
hərəkətlərin daha çox təkrarlanması, hərəkətlərin fərdi və qrup şəklində 
yerinə yetirilməsi, hərəkəti düzgün yerinə yetirən uşaqların onu 


207 
nümayiş etdirməsi, ev tapşırıqları verilərkən şagirdlərin fərdi 
xüsusiyyətlərinin nəzərə alınması və s. daxildir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə