212
2.Hərəkətlər sadə və müvafiq olmaqla ev şəraitində icrası
çətinlik törətməli;
3.Məqsəd və vəzifələr aydın olmalı, şagirdlər ev tapşırıqlarının
yerinə yetirilməsi metodikasını yaxşı bilməli;
4.Ev tapşırıqlarının icrasına müəllim və valideyn tərəfindən daim
nəzarət olmalı;
5.Kompleks
hərəkətlərdən istifadə etməklə,
hərəkətlərin
emosional şəkildə icrasına xüsusi fikir verməli:
Yuxarıda deyilənlərdən aydın olur ki, ev tapşırıqları bir sıra
məsələlərlə, xüsusən Əməyə və müdafiəyə hazıram bədən tərbiyəsi
kompleksinin norma və tələblərinin ödənilməsinə xidmət etməlidir.
Yəni ev tapşırıqlarının əsas məzmunu VMH kompleksinə uyğun
olmalıdır.
VMH kompleksinin qısa məsafəyə qaçış növü normativinin
vaxtında ödənilməsi üçün ev şəraitində sentyabr ayında qısa müddətli
məşq etməlidir. Xüsusilə bir neçə dəfə qısa məsafəyə qaçmalıdır. Hər
həftənin axırında nəticəni yoxlamalı, idmançının qeyd kitabçasında
qeyd olunmalıdır. Oktyabr ayında isə sürətli qaçmağı məşq etməlidir.
100m məsafəyə qaçışın normalarını verməyə hazırlaşmaq
məqsədilə səhərlər və ya dərsdən sonra həmin məsayəni bir neçə dəfə
qət etməlidir.
Bu zaman, həm də uzunluğa tullanmaq
hərəkət
elementləri də icra olunmalıdır.
Qaçaraq uzununa tullanma normalarının ödənilməsinə hazırlıq
məqsədilə iplər üzərindən hoppanmadan və çöməlmə çıxış
vəziyyətindən
çıxaraq
tullanmaqla
bədəni
arxaya
açmaq
hərəkətlərindən bir vasitə kimi istifadə edirlər.
Yadronun itələnməsi VMH kompleksi normasını verməyə
hazırlıq üçün doldurulmuş toplarla xüsusi kompleks hərəkətlərinin
sayını və təkrar olunmasını (sinə qarşısından itələmə,
baş üzərindən
aşma və s.), amortizasiya, qantellərlə və yamsılama hərəkətlərinin
sayını və təkrar olunmasını bir qədər azıltmalıdır. Ev tapşırıqlarının
səmərəliliyini isə müəyyən nəzarət-sınaq hərəkətləri ilə yoxlamaq
mümkündür. Məsələn, yerindən yadronun itələnməsi, yadronun texnika
ilə itələnməsi və s.
Gimnastika hərəkətləri üzrə
VMH kompleks hərəkətlərinə
hazırlıq işinə isə erkən başlamaq lazımdır. Bu istiqamətin ev
tapşırıqları dekabr və fevral ayları ərzində planlaşdırılır. Turnikdə
dartınma kompleks hərəkəti normasını yerinə yetirməyə hazırlıq
213
məqsədilə çiyin qurşağını daha da möhkəmlədən dartınma hərəkət
elementlərini qantellərlə kompleks hərəkətlərini
evdə icra etməyi
şagirdlərə tapşırılmalıdır. Qolların bükülüb-açılması VMH kompleksi
normasının vaxtında öyrədilməsi üçün əsas gimnastika hərəkətlərindən
istifadə edilməldir.
Aşmaqla dayağa qalxmaq və uzanma vəziyyətindən gövdənin
qaldırılması və endirilməsi hərəkətlərinin düzgün icrasına kömək
məqsədilə «bucaq» saxlamaq hərəkətlərindən istifadə etmək lazımdır.
İndi də yüngül atletika bölməsi üzrə bir sıra ev tapşırıqları hərəkət
nümunəsi veririk.
Dostları ilə paylaş: