214
kompleks hərəkəti əvəzinə yüngül və sakit qaçış hoppanma
elementlərini vermək lazımdır.
Tullanma üçün ev tapşırıqları
. Tullanma üçün verilən ev
tapşırıqlarının əsas məqsədi şagirdlərlə xüsusi fiziki və texniki
keyfiyyətləri inkişaf etdirməkdən ibarətdir. Bunlar isə şagirdlərə
tullanma keyfiyyətlərini aşılayır. Ev tapşırıqlar sadə və ev şəraitinə
münasib olmalıdır. Hərəkətlərin neçə dəfə təkrar olunması icra vaxtı
hansı ardıcıllıqla yerinə yetirilməsi, bu zaman hiss olunacaq qüsurlar
və onların aradan qaldırılması yolları şagirdlərə çatdırılmalıdır.
Təxminən hərəkətlərin icrasından bir həftə keçdikdən sonra hərəkətin
yerinə yetirilməsi müddətində 4-8 saniyə uzadılmalıdır. Əgər
hərəkətlər əşyalarla icra edilirsə onların çəkisi də müəyyən vaxt
keçdikdən sonra artırılmalıdır. Ev şəraitində aşağıdakı hərəkətlərin
icrası məsləhət görülür.
1.Səhər gigiyenik gimnastika kompleksinə bu və ya digər ayaq
üzərində müxtəlif növ hoppanmalar daxil olunmalıdır.
2.Qısa məsafəyə qaçışdan sonra pəncələr üzərində təkan vermə
hərəkətləri yerinə yetirilməlidir.
3.Dərs prosesində keçilən hoppanmaları ev şəraitində təkrar
etməlidir.
4.Ayaqlar üzərində növbə ilə hoppanmalar: dizləri sinəyə
yaxınlaşdırılmalı; dabanları taza çatdırılmalı;
5.Şagirdlərin ev tapşırıqlarını yerinə yetirməyə səviyyələrini də
yoxlamaq vacibdir. Bunun üçün müəllim şagirdləri yaxın düz xətt
arxasında bir cərgəyə düzləndirir və tullanma hərəkətlərini yerinə
yetirmələri üçün komanda verir. Onlar frontal üsulla hərəkətləri yerinə
yetirirlər. Beləliklə, müəllim şagirdlərin ev şəraitində tullanma
elementlərini nə dərəcədə də icrasını müşayət edir. Buraxılan
nöqsanları qeyd edir və onun aradan qaldırılması metodlarını
şagirdlərin nəzərinə çatdırır. Ev tapşırıqlarını şagirdlərin necə yerinə
yetirmələrini də xüsusi jurnalda qeyd edir. Bütün bunlar ev
tapşırıqlarının gələcəkdə planlaşdırılmasında nəzərə alınır.
Dostları ilə paylaş: