L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


əvvəla , şagirdlər həmin dərsin qarşısında duran məqsəd və vəzifələri  icra etməkdən kənarda qalır,  ikincisi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə132/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   227
Muteherrik ve eylenceli oyunlar

əvvəla
, şagirdlər həmin dərsin qarşısında duran məqsəd və vəzifələri 
icra etməkdən kənarda qalır, 
ikincisi
, bədən tərbiyəsində kütləvilik 
lazımi səviyyədə yerinə yetirilmir, 
üçüncüsü
, uşaq və yeniyetmələr 


203 
müxtəlif növ hərəkət texnikasını mənimsəyə bilmir və onların fiziki 
imkanları nəzərə alınmır, qabiliyyətləri inkişaf etmir, formalaşmır. 
Atletika məşğələlərində «texnikaya yiyələnmə» və sair hallarına 
da rast gəlmək olur. Burada müəllimin başlıca istiqaməti nəyin 
bahasına olursa olsun yalnız şagirdlərin hərəkət texnikasına 
yiyələnməsini təmin etməkdən ibarətdir. Düzdür, hərəkət növləri üzrə 
texnikaya yiyələnmək tədris prosesinin ən vacib amillərindəndir. Lakin 
hərəkət texnikasını öyrətməklə bərabər, şagirdlərin fiziki hazırlığının 
artırılmasına da diqqət yetirmək zəruridir.
Tədris prosesində paralelsizlik şagirdlərin idman nəticəsinə nail 
olmaq funksiyasının məhdudlaşdırılması ilə yanaşı, həm də hərtərəfli 
hazırlığa sədd çəkilməsi deməkdir. 
Təəssüflər olsun ki, bəzi kütləvi məktəblərdə atletika 
məşğələlərində rekordçuluğa yüksək idman nailiyyətləri qazanmaq 
bəzən əsas məqsəd kimi qarşıya qoyulur. Əslində isə təlim tərbiyə işi 
şagirdlərin sağlamlığına, fiziki inkişafına, fiziki hazırlığının 
yüksəldilməsinə 
və 
cəmiyyət 
üçün 
tərbiyələndirilməsinə 
istiqamətləndirilməlidir.
Qeyd 
etməliyik ki atletika üzrə hərəkət texnikasının 
öyrədilməsində məktəb pillələri nəzərə alınmalıdır. Yəni ibtidai sinif 
şagirdləri ilə aparılan hərəkət texnikasına yiyələnmə işi böyük yaşlı 
məktəblilərinkindən xeyli fərqlənməlidir. Bunu əsasən, yeriş, qaçış, 
atmalar və s. hərəkət elementlərinə aid etmək olar. Həmin öyrənmə 
prosesində kəskin fərq başlıca olaraq hərəkatın sürət və amplitudası ilə 
əlaqədar olması mühüm şərtdir. 
Müşahidələrdən aydın olur ki, bəzi müəllimlər ibtidai siniflərdə 
hər hansı bir atletika üzrə hərəkət elementlərini öyrədərkən, hərəkəti 
öyrənmə texnikasını sadələşdirməyə çalışırlar. Bu, o deməkdir ki, 
hərəkətlərin öyrədilməsi texnikası kiçik məktəbyaşlı uşaqlar üçün 
sadələşdirilmiş şəkildə, yuxarı siniflərdə isə həmin texnika şagirdlərə 
bütövlükdə (tamlıqla) öyrədilməlidir. Fikrimizcə, hərəkət texnikasının 
sadələşdirilmiş formada öyrədilməsi pedaqoji baxımdan düzgün 
deyildir. Bu hərəkət texnikasının təhrif olunaraq öyrədilməsi deməkdir. 
Çünki, yuxarıda qeyd etdiyimiz kimi, atletika hərəkət elementləri təbii 
hərəkətlərdir, o, gündəlik həyat üçün vacib hərəkətlərdir (yeriş, qaçış, 
maneələrin dəf edilməsi, tullanmalar, atmalar və s.). Buna görə də 
həmin hərəkətlərin düzgün yerinə yetirilməsinə yiyələnmək nəinki 
məktəb yaşlarından, hətta məktəbəqədər yaş dövründən başlamaq 


204 
olduqca zəruridir. Gözləmək olmaz ki, uşaq böyüyəcək və hansı 
siniflərdə isə ona yeriş, qaçış, tullanmaları düzgün yerinə yetirmək 
qaydası öyrədiləcəkdir. 
Hərəkət texnikasına kiçik məktəb yaşlarından yiyələnmək 2 
cəhətdən çox böyük əhəmiyyətə malikdir. 
Əvvəla
, bu yaş dövründə 
uşaqların bədəni lazımınca bərkiməmiş olur, xüsusən sümüklər 
elastiklik dövrünü keçirir. Buna görə də həmin yaş dövründə hərəkət 
texnikasına daha asan yiyələnmək imkanı vardır. 
İkinci
, ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın 
qarşısında duran mühüm vəzifələrdən biri şagirdlərə təbii hərəkət 
vərdişlərini aşılamaqdan ibarətdir. Bu isə şagirdlərin düzgün fiziki 
inkişafı, 
bədənin 
lazımınca 
formalaşması 
və 
sağlamlığın 
möhkəmləndirilməsi ilə nəticələnir. Məsələyə həmin baxımdan 
yanaşdıqda şagirdlərin nəinki təbii hərəkətlər vərdişlərinə düzgün 
yiyələnməsi, həm də fiziki tərbiyə prosesində görülən işlərin 
bütövlükdə məqsədəuyğun surətdə aparılmasının vacibliyini gündəmə 
gətirir. 
Bədən tərbiyəsi müəllimləri yadda saxlamalıdır ki, atletika 
növlərinin öyrədilməsində yalnız dərs üçün nəzərdə tutulan 
hərəkətlərdən istifadə kifayət etmir. Bunun üçün də müəllimlər atletika 
hərəkətlərinin öyrədilməsinə kömək məqsədilə yardımçı müxtəlif növ 
terminlər seçməli və yeri gəldikcə tətbiq etməlidir. Bu hərəkətlər 
aşağıdakı məqsədlər üçün seçilə və tətbiq oluna bilər: uşaqların ümumi 
fiziki hazırlığının yüksəldilməsi, hərəkət texnikasının qısa vaxt ərzində 
düzgün icrası və məqsədyönlü formalaşdırılması. 
Bədən tərbiyəsi və idman işlərinin lazımi nəticə verməsində 
dərsin sinifdənxaric və məktəbdənkənar tədbirlərlə əlaqələndirilməsi 
də başlıca rol oynayır. Bu nöqteyi-nəzərdən dərs ilinin əvvəlindən 
tədris idman işləri planlaşdırılarkən, tədris günü rejimində, 
sinifdənxaric və məktəbdənkənar formalarda aparılan tədbirlər üçün də 
müvafiq oyunlar, hərəkətlər seçilməli və yeri gəldikcə tətbiq 
olunmalıdır. Çox təəssüf ki, bu işə bəzən ikinci dərəcəli bir məsələ 
kimi yanaşılır, əsas diqqəti dərs prosesinə verməklə işi bitmiş hesab 
edirlər. Lakin unutmamalıdır ki, dərsin qarşısında qoyulmuş başlıca 
vəzifələr sinifdənxaric sağlamlıq tədbirləri ilə və məktəbdənkənar 
kütləvi idman işləri ilə həyata keçirilməli və tamamlanmalıdır. 
Qeyd etmək lazımdır ki, bədən tərbiyəsi və idman işlərinin 
müvəffəqiyyətlə nəticələnməsində bu sahədə şagirdlərin müəyyən 


205 
biliklərə yiyələnməsinin və qarşıda duran məqsədin və vəzifələrin başa 
düşülməsinin özünəməxsus əhəmiyyəti vardır. Çünki, şagirdlərin hər 
hansı bir idman atletika elementlərini nə məqsədlə icrası bu işin 
mahiyyətini dərk etməsi onların dərsə olan fəallığını və şüurlu 
münasibətini artırır. Bilik, bacarıq və vərdişlərin aşılanmasında isə 
fəallıq, dərketmə həlledici əhəmiyyət kəsb edir. 
Bir cəhəti də qeyd etməliyik ki, hərəkət texnikasının az vaxt
içərisində mənimsədilməsi üçün şuürluluq və fəallıq nə dərəcədə 
vacibdirsə öyrətmə prosesində izahetmənin özü də bir o qədər 
əhəmiyyətlidir. Hərəkətlər üzrə izahatlar sadə, aydın və dəqiq olmalı, 
uşaqların dərk edəcəyi səviyyədə aparılmalıdır. Anlaşılmaz terminlər, 
təmtəraqlı cümlə və sözlər işlədilməlidir. İzahetmə zamanı hərəkət 
texnikasının göstərilməsi də vacibdir. Müəllimin izahatında, 
hərəkətlərin nümayiş etdirilməsində emosionallıq, çeviklik və 
gümrahlıq, yüksək əhval-ruhiyyə hiss olunması çox vacibdir. 
Atletika 
hərəkətləri 
öyrədilərkən 
qurğu 
və 
alətlərin, 
avadanlıqların səliqəliliyinə və şagirdlərin gücünə münasibliyinə də 
diqqəti artırmaq lazımdır. Burada hərəkətin hansı tempdə icrası və 
hansı sürətlə yerinə yetirilməsi və onun təkrar olunma miqdarı nəzərə 
alınmalıdır. Bunlar hərəkətin müvafiq şəkildə öyrədilməsinə əlverişli 
şərait yaradır. 
Hərəkət elementlərinin müvafiq sürətlə icrasında şagirdlərin 
idman göstəricisinin təlim vaxtı nəzərə alınması da faydalıdır. 
Təcrübəli müəllimlər yeriş, qaçış, uzununa tullanmaların qrup halında 
icrasını təşkil edirsə, hündürlüyə tullanmada isə yarım qruplara 
bölünməklə hərəkətləri icra etdirir. Yəni hündürlüyə tullanma üzrə ən 
yaxşı nəticə və ya zəif nəticə göstərənlər üçün hündürlüyə tullanmalar 
ayrıca təşkil olunur. Məşğələlərin belə təşkili hər bir şagirdə öz 
qabiliyyətini daha yaxşı inkişaf etdirməyə imkan verir. Atletika üzrə 
hərəkət növlərinin öyrədilməsi prosesində tətbiq olunan metodlara da 
xüsusi əhəmiyyət vermək lazımdır. Atletikada 2 metoddan geniş 
istifadə olunur: 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə