L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Atletika növlərinin öyrədilməsinin bəzi pedaqoji metodiki



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə131/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   227
Muteherrik ve eylenceli oyunlar

Atletika növlərinin öyrədilməsinin bəzi pedaqoji metodiki 
məsələləri 
Atletika məktəb bədən tərbiyəsi proqramlarında özünəməxsus 
yer tutmaqla ümumtəhsil məktəblərinin bütün siniflərində tədris 
olunur. Yeriş, qaçış, tullanmalar və atmalar təbii hərəkət vərdişləri 
aşıladığına insan üçün çox xarakterik olduğuna və emosionallığına və 
sairəyə görə fiziki tərbiyə vasitələri içərisində əhəmiyyətli yerlərdən 
birini tutur. Atletika məşğələlərinin düzgün təşkili məktəbyaşlı 
uşaqların sağlamlığını möhkəmləndirir, orqanizmin fiziki cəhətdən 
harmonik inkişafına kömək edir. Bundan əlavə, hərəki keyfiyyətləri 
qüvvə, surət, cəldlik, güc və s. inkişaf etdirir, iradəni və dözümlülüyü 
artırır, intizam, fəallıq tərbiyə edir. Xüsusilə uşaq və yeniyetmələrdə 
təşkilatçılıq qabiliyyətini formalaşdırır. Səhiyyə-mədəni və digər 
gigiyenik vərdişlər aşılayır. Atletika hərəkətlərinin tətbiqi eyni 
zamanda anatomik fiziologi baxımdan da əhəmiyyətlidir. O, ürək-
damar və əsəb sistemini möhkəmləndirir, tənəffüs orqanlarının 
funksiyasını yaxşılaşdırır, maddələr mübadiləsini gücləndirir, bədən 
qamətinin formalaşmasına yardım göstərir.


202 
Atletika-idman məşgələlərinin səmərəli təşkili və keçirilməsinə 
bir də ona görə ciddi səy göstərmək vacibdir ki, o həm də uşaq və 
yeniyetmələri, gəncləri əməyə və müdafiəyə bədən tərbiyəsi 
kompleksinin norma və tələblərini yerinə yetirməyə hazırlayır. Çünki, 
bədən tərbiyəsi kompleksinin əsas hərəkət növləri atletika hərəkət 
elementlərindən ibarət olub, bu hərəkət növləri üzrə texnikaya 
yiyələnmə əməliyyatı da məhz atletika dərslərində aparılır. Yuxarıda 
qeyd etdiyimiz kimi, atletika-dərs məşğələlərində əsas təbii hərəkətlər 
üzrə şagirdlərə bilik oyrədilir, bacarıq və vərdişlər aşılanır. Bu 
səbəbdən də, atletikanın müəyyən bir növü (yeriş, hoppanma qaçış, 
tullanmalar və s.) yalnız hər hansı bir sinifdə öyrədilməklə 
məhdudlaşdırılmır, o, eyni zamanda bu və ya digər siniflərdə müxtəlif 
aspeklərdə tədris olunur, təkrarlanır. Məktəb təcrübəsindən aydın 
olunur ki, bəzən işin quruluşunun mahiyyətinə lazımi fikir verilmir. 
Atletikanın hər hansı bir növünün öyrədilməsinə müxtəlif siniflərdə 
eyni münasibətlə yanaşılır. Məzmun, həcm nəzərə alınmır. Buna görə 
də şagirdlərin dərsə marağı və həvəsi azalır, hərəkətləri şüurlu və 
yüksək fəallıq şəraitində icra etmirlər. Nəticədə dərsə davamiyyət 
azalır, şagirdlərin fiziki hazırlıq göstəriciləri gündəlik tələbatdan aşağı 
olur. Onlar tələbləri və normativləri verə bilmirlər. Bunun üçün nə 
etmək lazımdır? Hər şeydən əvvəl, ayrı-ayrı siniflər üzrə qarşıya 
qoyulmuş məqsəd və vəzifələri dərindən öyrənməli və bunlara uyğun 
hər bir qruplarda məqsədə müvafiq və zəruri atletika növləri tətbiq və 
tədris etməlidir. Burada da hərəkət texnikasına yiyələnmək həlledici rol 
oynayır. Atletika əgər hərəkət texnikasına düzgün yiyələnmədikdə isə 
hər bir uşagın hərəki və fiziki imkanlarını da aşkara çıxarmaq mümkün 
deyildir. 
Heç də sirr deyildir ki, məktəblərimizdə kütləvilik tələb 
olunduğu bir vaxtda, bəzi rayon və şəhər məktəblərində, idman 
nəticələrinə güclü meyl göstərilir. Bu o deməkdir ki, bəzi bədən 
tərbiyəsi müəllimləri dərs prosesində guya idman yarışlarına 
hazırlaşdıqları üçün idmançı uşaqlar nəyin bahasına olursa-olsun 
müstəqil məşğul olmağa icazə verir. Onlar istədikləri kimi oynayır və 
sərbəst hərəkət edirlər. Haqlı olaraq qeyd edə bilərik ki, burada istər-
istəməz müəllimin nəzarəti zəifləyir. Bu bir çox cəhətdən zərərlidir: 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə