197
görkəmli yüngül atletlərin şəkilləri, tərcümeyi-halı, göstərdiyi
nəticələri məktəbin idman guşəsində nümayiş etdirir. Məktəb
kitabxanasında isə yüngül atletika kitabları ayrı-ayrı məqalələr və s.
müəyyən bir guşədə toplanır, şüarlar yazılıb görkəmli yerlərdən asılır.
Sentyabr ayında şagirdlərin bölməyə yazılması məsləhətdir.
Məşğələlər həftədə 2 dəfə keçirilməlidir. İlk
məşğələlərdə xüsusən
ehtiyatlı olmalıdır. Şgirdlərə birdən-birə ağır fiziki yük verilməməli,
qaçış məsafələri qısa olmalı, daha uzağa tullanma tələb olunmamalıdır.
Bir sıra yüngül atletika məşğələləri nə gərgin, nə də ki, az fiziki
hərəkətli olmalıdır.
Yüngül atletika məşğələlərini müəllim özü keçməyə də bilər.
Fəal idmançılardan, digər fənn müəllimlərindən bu işə cəlb etmək
lazımdır. Məşğələlərin yüksək səviyyədə keçməsi məqsədilə dərs ilinin
əvəlində ictimai məşqçilər hazırlayan seminarlar təşkil edilməlidir.
Həmin seminar da müəllimlə yanaşı məşhur yüngül atletika
mütəxəssisləri, görkmli idmançılar çıxış etməli və öz təcrübələrindən,
çətinliklərdən və yüngül atletikanın texnika və taktikasından
danışmalıdır. Yaxşı olardı ki, ictimai – məşqçilərə yüngül atletikaya
dair jurnal və təlimati- metodiki kitab və vəsaitlər verilsin.
Yüngül atletika məşğələlərinin
səmərəli təşkilində onun
xarakterinə uyğun yerlərin düzəldilməsi vacibdir. Xüsusilə qaçış
cığırları, cismi atmaq yeri, uzununa və hündürlüyə tullanmaq üçün
çuxurlar, təkan nöqtələri və s. sahələrin xətlənməsi, səliqə-səhmanda
və təmiz saxlanması şagirdlərin yüngül atletika
məşğələsinə həvəsini
artırır, estetik zövqünü inkişaf etdirir. Meydançalar yaradılarkən
şagirdlərin, ictimaiyyətin və valideynlərin qüvvəsindən istifadə
etməlidir.
Yüngül atletika məşğələsinin lazımi nəticə verməsində tədris
planına uyğun ləvazimat və avadanlıqların əldə edilməsi mühüm
şərtdir. Ləvazimat və avadanlıqlar məktəb hesabına əldə edilməlidir.
Lakin yeri gəldikcə sadə avadanlıqların məktəb emalatxanasında
şagirdlərin gücü ilə düzəltmək lazımdır. Bu şagirdlərin mənəvi
tərbiyəsində xüsusi rol oynayır. Onlar idman əşyalarına
şüurlu
münasibət göstərir, onun tezliklə sıradan çıxmasının qarşısını almağa
səy göstərir, bu məqsədlə ona ziyan yetirmirlər.
Yüngül atletika məşğələləri ibtidai siniflər üçün son illərdə tətbiq
olunan normativlərin əsasında təşkil edilməlidir. Aparılan bütün işlər
198
ilk pillənin norma və tələblərinə hazırlığa və ödənilməsinə tam şəkildə
istiqamətləndirilməlidir.
Yüngül atletika idman məşğələlərini ləvazimat və avadanlıqla
təmin etmək üçün məktəb rayon və şəhərin uşaq-gənclər idman
məktəbi ilə daha sıx əlaqədə olmalıdır.
Uşaq-gənclər idman məktəbi
ümumtəhsil məktəbinə 2 cəhətdən kömək etmək imkanı vardır.
İşlədilən avadanlıq və ləvazimatların müəyyən hissəsini və yaxud da
köhnəlmiş, sıradan çıxmış idman əşyalarını onlara verməklə. Əlbəttə,
məktəb ictimaiyyətinin köməyi ilə yararsız idman əşyalarını təmir edə
və yararlı hala da sala bilər.
Dostları ilə paylaş: