L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə129/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   227
Muteherrik ve eylenceli oyunlar

Bədii gimnastika 
 
Fənlərarası əlaqə həmişə tədrisin elmi səviyyəsini yüksəltməkdə 
böyük rol oynamışdır. İbtidai siniflərdən başlayaraq şagirdlərə bədii 
gimnastikanın elementlərinin öyrədilməsi onlarda estetik zövqü inkişaf 
etdirir, klassik və müasir musiqiyə, xalq musiqisinə, sənətkarlarımıza 
məhəbbəti daha da artırır. Sinifdənkənar bədii gimnastika 
elementlərinin öyrədilməsi, həm də hərəkətlərində dəqiq olmağı, 
çevikliyi, gözəlliyi, başqa sözlə desək, estetik formanı təşəkkül etdirir, 
ürəyi oxşayır. Buna görə də kiçik məktəbyaşından başlayaraq qızların 
bədii gimnastikaya yüksək həvəs göstərməsi təsadüfi deyil, 
qanunauyğun bir haldır. Bədii gimnastika texnikasını qızlar 7-10 
yaşlarında daha tez mənimsəyirlər. Bu hərəkətlər qüvvə, dözümlülük 
və cəldliyin inkişafına səbəb olur, ayrı-ayrı əzələ qrupunu 
möhkəmləndirərək qamətin düzgün formalaşmasına kömək edir. 
Bədii gimnastika məşğələlərini keçirməzdən əvvəl qızlarla 
söhbət aparmaq, onun bədən üçün əhəmiyyətini başa salmaq lazımdır. 
Elan verib onları gimnastika zalına və ya meydançaya toplamalıdır. 
Bədii gimnastika məşğələsi musiqinin müyşayiəti ilə 
aparılmalıdır. Məşğələdə müvafiq idman və hərbi marşları, yeri 
gəldikcə Vətən, əmək veteranları, kosmonavtlar haqqında bəstələnmiş
mahnılar, musiqilər səslənməlidir. Bu vaxt maqnitafondan da istifadə 
etmək mümkündür. 
Bədii gimnastika məşğələlərinin emosionallığını artırmaq 
məqsədilə hərəkətlər məşqçi tərəfindən düzgün, gözəl və çevikllliklə 
yerinə yetirilməlidir. Bundan əlavə, göstərməyə, aydın izah verməyə 
çalışmalıdır. Çətin hərəkətlərin birləşməsinə tələsməməlidir. Çətin 


200 
hərəkətləri birləşdirərək şagirdlər onun yerinə yetirməkdə çətinlik çəkir 
və ruhdan düşür. Əlbəttə, eyni hərəkətlərin uzun müddət təkrar 
olunmasında bədii gimnastika məşğələsinin təlim-keyfiyyətinə mənfi 
təsir göstərir. Buna görə də bədii gimnastikada fiziki təlim yükü 
tədricən artırmalı və qızların qabiliyyətlərinə, fiziki hazırlığına 
uyğunlaşmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə