L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə130/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   ...   227
Muteherrik ve eylenceli oyunlar

Fərdi məşğələlər 
 
Fərdi məşğələlər ayrı-ayrı uşaqlarla və yaxud bədəncə qüsurlu 
olanlarla təşkil olunur. Həmin məşğələlər proqram materiallarını yerinə 
yetirə bilməyən, səhhət sağlamlığı günü-gündən geri gedən, həmçinin 
qamətində və yastıayaqlılıq qüsuru olan uşaqlarla da təşkil edilə bilər. 
Fərdi məşğələlər səhərlər gəzintilərdə və günün ikinci yarısında 
keçirilir. Müəllim məktəb həkimi ilə birlikdə fərdi məşğul olunacaq 
uşaqları və onlarla yerinə yetiriləcək fiziki hərəkətləri, oyunları 
müəyyənləşdirirlər. 
Fərdi məşğələlərin keçirilməsi metodikası, təlim-tərbiyənin 
ümumi prinsiplərinə əsaslanır. Burada uşaqların fiziki inkişaf 
qanunauyğunluqları nəzərə alınmalıdır. Hərəkətlər qarşıda duran 
vəzifələrə uyğun olaraq seçilir. 
Məşğələnin gedişini daima müəllim və həkim müşahidə və təhlil 
edir. Xüsusən, uşaqların səhhəti və davranışı nəzərdən keçirilir. 
Antronometrik göstəricilər öyrənilir, ayaqların inkişafı müşahidə 
olunur. Bütün bunlar məşğələnin effektlliliyini artırır, onun 
metodikasının təkmilləşdirilməsi yollarını aşkara çıxarır. 

 
1.3.Ümumi orta təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq 
məşğələləri 
 
Ümumi fiziki hazırlıq qrupları 
Ümumi fiziki hazırlıq qruplarında başlıca olaraq ayrı-ayrı 
siniflənrdən toplanmış şagirdlər iştirak edirlər. Məqsəd şagirdlərin 
ümumi fiziki hazırlığını artırmaqdan ibarətdir. Bölmələr təşkil 
olunarkən yaş qruppu, fiziki inkişaf və fiziki hazırlıq mütləq nəzərə 
alınmalıdır. Bölmə məşğələlərində istifadə olunan hərəkətlərin əsasını 


201 
proqram materialları tutmalıdır. Həftədə iki dəfə olmaqla 40-60 dəqiqə 
müddətində keçirilməlidir. Burada umumrəhbərlik bədən tərbiyəsi 
müəllimlərinə həvalə olunmuş olsa da, idmançı fəallar, yuxarı sinif 
şagirdləri, ictimaiyyətçilər yaxından kömək göstərməlidirlər. 
İdman bölmələri bir tərəfdən şagirdlərin idman göstəricisini 
artırırsa, digər tərəfdən də onların hərtərəfli və harmonik inkişafına 
müsbət təsir göstərir. İdmanın ayrı-ayrı növləri üzrə (voleybol, 
basketbol, əl topu, atletika, VMH kompleksi, stolüstü tennis, 
badminton, şahmat, şaşki və s.) təşkil olunan idman bölmələri əvvəla 
könüllülük prinsipinə əsaslanır, ikincisi məktəbin bazasına uyğun 
olaraq həyata keçirilir. Lakin bölmə məşğələlərinin işində fəallar, 
yuxarı sinif şagirdləri bilavasitə iştirak edirlər. 
Ümumiyyətlə, məşğələlərin daha da səmərəliliyi üçün şagirdlərin 
yaş qrupu üzrə bölüşdürülməsi məsləhət görülür:
1.Kiçik yaş qrupu (11-12, 13-14);
2.Orta yaş qrupu (15-16 yaş);
3. yuxarı yaş qrupu (17-18 yaş). 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə