189
edilməlidir. Kompleks hərəkətləri idman zalında və koridorlarda da
təşkil etmək mümkündür.
Dərsəqədər səhər gimnastikası keçirilərkən formalçılığa və
yeksənəkliyə yol verilməməlidir. O müxtəlif fiziki hərəkətlərdən ibarət
olmaqla, pedaqoji-metodiki baxımdan düzgün təşkil edilməlidir.
Burada şagirdlər arasındakı məsafəyə, hərəkət elementlərinin lazımi
səviyyədə verilməsinə, hərəkətlərin ritmik və müəyən tempdə icrasına,
həmçinin yaşdan, fiziki hazırlığından asılı olaraq kompleksin hərəkət
elementlərinin təkrarına diqqət yetirmək zəruridir.
Səhər gimnastikası kompleks hərəkətləri dəyişilməlidir, siniflərin
hər biri üçün ayrılıqda (V-VI, VII-VIII, IX-XI) və bədən tərbiyəsi
proqramına uyğun surətdə tərtib edilməlidir. Ümumi rəhbərlik və
məsuliyyət bədən tərbiyəsi müəlliminin üzərinə düşür, təşkilatçı
müəllim digər müəllimlərlə birlikdə eyni zamanda idman fəalları
həmin işin təşkili və keçirilməsində yardımçı olmalıdır.
Kompleksin məzmunu müəyyənləşdirilərkən şagirdlərin sayı
onun keçiriləcəyi yeri nəzərə almalıdır. Çalışmaq lazımdır ki, səhər
gimnastikası meydançada təşkil edilsin. Bu zaman, yeriş, qaçış və
hoppanma elementlərindən də istifadə etmək olar. Kompleks hərəkətlər
üstüörtülü sahədə icra olunduqda isə qaçış və hoppanmalara yer
vermək o qədər də məqsədəuyğun deyildir. Bu tədbirin həm sağlamlıq
əhəmiyyətini azaldır və həm də intizama, mütəşəkilliyə mənfi təsir
göstərir.
Dərsəqədər səhər gimnastikasının səmərəli keçirdilməsində
aparıcının hündür və mərkəzi yer seçməsi hamını müşayiət etməsi,
nəzarətdə saxlaması mühüm zəruriyyət kəsb edir. Kompleks
meydançada təşkil olunarkən ona təxminən 5-10 dəqiqə, örtülü sahədə
keçirilərkən isə 5-8 dəqiqə vaxt sərf edilməsi məsləhətdir. Hərəkət
komplekslərinin
hər
birinin
5-6
dəfə
təkrar
edilməsi
məqsədəmüvafiqdir. Onun musiqinin müşayiətilə icrası işin
səmərəliliyini artırır, intizamın qorunub saxlanılmasına yüksək
dərəcədə kömək edir.
Dostları ilə paylaş: