L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


Tədris günü rejimində fiziki tərbiyə-sağlamlıq tədbirləri



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə107/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   227
Muteherrik ve eylenceli oyunlar

6.1.Tədris günü rejimində fiziki tərbiyə-sağlamlıq tədbirləri 
 
1.1.İbtidai təhsil pilləsində fiziki tərbiyə-sağlamlıq işləri 
 
Səhər gigiyenik gimnastikasının əhəmiyyəti 


161 
 
Ümumtəhsil məktəbləri şagirdləri ilə aparılan bədən tərbiyəsi və 
kütləvi idman işlərinə səhər gimnastikası və məşğələyəqədər 
gimnastika əsas yerlərdən birini tutur. Səhər gimnastikası şəxsiyyətin 
hərtərəfli və ahəngdar inkişafında böyük əhəmiyyətə malikdir. 
Klassiklər şagirdlərin fiziki tərbiyəsinə, müxtəlif növ gimnastika 
hərəkətlərinə xüsusi əhəmiyyət verir və onları hər vasitə ilə müntəzəm 
surətdə həyata keçirməyi tövsiyə edirlər. Vaxtilə bu münasibətlə 
deyilmişdir: «… Bütün siniflərin şagirdlərinə əzaları öz elastiklik və 
çevikliyini itirməmişkən, sərbəst gimnastikanı və gimnastika 
alətlərində edilən hərəkətləri müntəzəm və əsaslı surətdə öyrənmək 
daha yaxşı deyilmi?». 
Təsadüfi deyildir ki, görkəmli alim və mütəxəssislər 12 bədən 
tərbiyəsi hərəkətlərini və müntəzəm surətdə səhər gimnastikasını 
yerinə yetirməyi zəruri hesab edir və gənc nəslin harmonik inkişafında, 
cansağlığının 
möhkəmləndirilməsində, 
qarşıya 
çıxan 
bütün 
çətinliklərin aradan qaldırılmasında mühüm vasitə sayırdı. 
Səhər gimnastika şagirdlərin yuxu zamanı orqanizmdə yaranmış 
passiv vəziyyəti tədricən aradan qaldırır və onları tədris gün rejimində 
görüləcək tədbirlərə – fiziki və zehni əməyə hazırlayır. 
Böyük rus fizioloqu, akademik İ.P.Pavlov səhər gimnastikasının 
fizioloji əhəmiyyətini çox düzgün olaraq izah etmişdir. İ.P.Pavlov yuxu 
haqqında öz təlimində qeyd etmişdir ki, baş-beyin fəaliyyətində iki 
proses oyanma və tormozlanma cərəyan edir. Onlar bir-birilə daima 
əlaqədar olaraq beyin nahiyyəsinin müxtəlif sahələrinə yayıla bilirlər. 
Yuxu beynin ayrı-ayrı fəaliyyət sahələrinə, yarımkürələrinə, beynə 
yayılmış tormozlanmadır. Daha sonra o, müəyyənləşdirilmişdir ki, bu 
tormozlanma müxtəlif beyin nahiyyəsi sinir hüceyrələrinin yorulması 
və onların, xüsusi hərəkət, görmə, eşitmə və dəri qıcıqlarını qəbul edən 
zonaların oyanma qabiliyyətinin aşağı düşməsi ilə sıx bağlıdır. 
Təcrübə göstərdi ki, uşaqlar səhər yuxudan durarkən özlərini
əzgin hiss edir, onlarda ruh düşkünlüyü əmələ gəlir, demək olar ki, 
fəaliyyətsizlik hiss olunur. Gün rejimində qarşıya qoyulmuş vəzifələri 
lazımi səviyyədə icra etmək imkanında olmurlar. Xüsusən şagirdlərin 
əzələ iş qüvvəsi aşağı düşür, ürək fəaliyyəti zəifləyir, onlarda baş 
ağrıları, huşsuzluq meydana çıxır. Bütün bu mənfi halları aradan 
qaldırmaqla səhər gimnastikası çox böyük əhəmiyyətə malikdir. Səhər 
gimnastikasının adi hərəkətləri nəbz vurğularını 50-60% sürətləndirir, 


162 
maksimum təzyiqi 5-20 millimetr çoxaldır, udulan oksigenin 
miqdarını 10-30% artırır, mədə-bağırsaq və sinir sisteminin işi 
yaxşılaşır, insanın bədən quruluşu – qaməti gözəlləşir. 
Müşahidələr göstərir ki, bəzi məktəblərdə səhər gimnastikasının 
və 
dərsəqədər 
gimnastikanın 
əsil 
mahiyyəti 
lazımınca 
qiymətləndirilmir. O, günün tələbləri baxımından lazımi səviyyədə 
təşkil olunmur. Bunun bir səbəbi ibtidai sinif və ixtisaslı bədən 
tərbiyəsi müəllimlərimizin səhər gimnastikasına lazımi əhəmiyyət 
verməməsidirsə, digər səbəbi isə həmin işə məktəb rəhbərlərinin, xalq 
təhsil işçilərinin zəif nəzarət etməsində, xüsusən müəllimlərin onun 
səmərəli təşkilindən çətinlik çəkməsindədir.Tədris metodik ədəbiyyata, 
həmçinin qabaqcıl iş təcrübəsinə istinad edilib səhər gimnastikası və 
dərsəqədər gimnastikanın səmərəli təşkili və keçirilmə yollarının 
öyrənib ümumiləşdirdik.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə