L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs


VII sinfi bitirən şagirdlər qarşısında



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə103/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   227
Muteherrik ve eylenceli oyunlar

VII sinfi bitirən şagirdlər qarşısında 
Qoyulan əsas tələblər
: şagirdlər VII sinifdə öyrəndikləri 
oyunların qaydalarını bilməli və onlara əməl etməlidirlər: hərəkət 
xarakterinə və quruluşuna görə bir-birinə yaxın oyunlarda öyrənilmiş 
hərəki səylər tətbiq etmək məqsəduyğundur, cib olduqda oyun 
tapşırıqlarına müvafiq futbol fiziki keyfiyyətlər göstərilməli oyunda 
komanda yoldaşları ilə əlbir fəaliyyətdə olmalı, oyunda yaradıcı hərəki 
fəaliyyət və təşkilatçılıq qabiliyyəti göstərilməli, kobud texniki və 
taktiki səhvlərə yol verilməməli, tanış mütəhərrik oyunlara hakimlik 
etməyi bacarmalı. 
VIII sinif 
 
Ümuminkişaf hərəkətlərinin elementləri ilə oyunları 


156 
Kəndirdartma
. Kəndirin ortası işarə olunur (rəngli parça və s. 
bağlamaqla) döşəmədə, kəndirdəki işarənin altında isə köndələn
mərkəz xətti çəkilir. İki komandanın hər biri kəndirin ona aid 
yarısından tutur. Oyunçular kəndirin hər iki tərəfində (bir oyunçunu 
oturub dayanma qaydası ilə, yəni birinci sağda – ikinci solda, üçüncü 
sağda – dördüncü solda və i.a.) dayanırlar. Sol tərəfdə dayananlar 
kəndiri sağ dirsəyin altında, sağdakılar isə sol dirsəyin altında /bədənə/ 
sıxırlar. Siqnal üzrə kəndirin dartılması başlanır. Üç dəfədən ikisində 
rəqibin mərkəz xətdən hər iki tərəfə üç metr aralı xətdən o tərəfə dartan 
komanda qalib gəlir. 
Qaydalar
. I. Dartmanı başlamaq və qurtarmağı yalnız müəllimin 
siqnalı ilə icazə verilir. 2. İkinci siqnala qədər kəndiri buraxmaq olmaz. 
Qeyd
. Hər dəfə kəndirin dartılması 60-90 saniyədən çox 
olmamalıdır. Əgər göstərilən vaxt keçənədək dartma aşkar edilməsə 
müəllim oyunu saxlayıb, nəticəni heç-heçə elan edir. 
Kim 
güclüdür

Şagirdlər iki komandaya bölünürlər. 
Meydançanın ortasında 5-6 dairəcik işarə olunur. Hər dairəciyə 
diametri 30 sm kəndir halqa qoyulur. Dairəciklərin hər iki tərəfində, 
onlardan 2m aralı nəzarət xətləri çəkilir. Hər komandadan 5-6 şagird 
dairəciklərə yaxınlaşıb qoşa-qoşa dayanaraq sağ /sol/ əllə kəndir 
halqalardan /müəyyən şərtlə/ yapışırlar. Siqnal verilən kimi qoşa 
oyunçuların hər biri rəqibi dartıb özünün nəzarət xəttindən keçirməyə 
cəhd edir. Rəqibini dartmış oyunçu öz komandasına xal qazanır. Çox 
xal qazanmış komanda qalib gəlir.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə