|
L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərsMuteherrik ve eylenceli oyunlarMetodik göstərişlər
: 1. Oyun keçirilən meydançada qaçış
istiqamətində təhlükə törədə biləcək alətlər, cisimlər olmamalıdır. 2.
Şagirdlərə qaçanı möhkəm vurmağa, qaçanı itələməyə, «şəhərcik»
xəttinin içərisində onlara toxunmağa icazə verilməməlidir. Bu
qaydaları pozan komandaya cərimə xalı verilməli və axırda nəzərə
alınmalıdır.
Daban balığı və durna balığı
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq
: Meydançanın (idman zalının) hər iki başında
«daban balıqları» üçün «evlər» tikilir. Bütün oyunçular – «daban
balıqları» bu evlərdən birində yerləşirlər. Bir nəfər aparıcı – «durna
balığı» meydançanın mərkəzində dayanır.
Oyunun gedişi
: Müəllim 1-2-3- sayır və «daban balıqları» bir
evdən çıxıb o biri evə tərəf qaçırlar. «Durna balığı» isə qaçan «daban
balıqlarından» mümkün qədər çox tutmağa (toxunmağa) çalışır.
Tutulmuş oyunçular müəyyən edilmiş yerə aparılır. Oyun yenidən
başlanır. Tutulmuşların sayı 8-10 nəfər olur və bu zaman onlar
meydançanın ortasında gəlib əl-ələ tuturlar, üzü «daban balıqlarına»
tərəf dayanıb «tor» əmələ gətirməyə başlayırlar. İndi «daban balıqları»
başqa evə qaçmaq üçün gərək tordan da keçsinlər (Əllərin altından
əyilib keçməklə). Tutulmuş oyunçular «tor» düzəldənlərə qoşulurlar.
Tutulmuşların sayı çoxaldıqda onlar əl-ələ tutub «dairəvi tor» təşkil
edirlər. Tutulanların sayı daha da artarsa, o zaman iki «dairəvi tor»
(yaxud bir tor, iki tor, bir dairəvi tor və s. düzəldilir). Bu cür hallarda
başqa evə tərəf qaçan «daban balıqları» dairənin içərisinə və oradan
xaricə keçməklə qaçmalıdırlar. Oyun tutulmamış 3-4 oyunçu qalana
qədər davam edir.Axıra qədər tutulmamış oyunçular oyunun qalibləri
sayılırlar.
Dostları ilə paylaş: |
|
|