124
Oyunçular iki dəstəyə bölünüb, meydançada bir-birinə qarşı
sıraya düzülürlər. Dəstələrdən iki addım aralı bir-birinə paralel ağaclar
basdırılır və onun üstündən şüvül (planka) qoyulur. Tullanış erindən
10-15 m aralı qaçış xətti çəkilir. Püşk atılır. Dəstələr nömrələnir. Sonra
hər dəstədən bir oyunçu qaçaraq ağacın üzərindən hoppanmağa çalışır.
Əvvəl birinci, sonra isə ikinci dəstənin oyunçusu hoppanır. Oyunçular
hamısı ağacın üstündən hoppanmağa çalışırlar. Hoppana bilməyən
oyunçu bir xal itirir. Daha çox xal toplayan dəstə qalib gəlir.
Hoppanarkən ağaca toxunmaq və qaçış xəttindən çıxmaq olmaz.
Qurmadaş
Meydançanın ortasında böyük bir dairə çəkilir. Onun
mərkəzində toppuz qoyulur. Toppuzdan 20-25 m aralı mərə
qurulur – xətt çəkilir. Oyunçular iki dəstəyə bölünürlər və sıraya
düzülürlər. Püşk atılır. Birinci dəstə mərə xəttində sıraya düzülür.
Onlar növbə ilə top atır. Toppuzu vurub aşırmağa çalışırlar. Topu atan
oyunçu keçib dəstənin sonunda dayanır. Toppuzu vurub – aşıran bir xal
qazanır. Çox xal toplayan dəstə qalib hesab olunur. Oyunçu topu
atarkən xətti tapdalaya bilməz.Toppuzu vurub aşıran oyunçu ikinci
dəfə oyunu davam etdirə bilər.
Dostları ilə paylaş: