L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə73/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   227
Muteherrik ve eylenceli oyunlar

Toppuz qaçırma 
 
Oyuna hazırlıq
: Oyunçular iki dəstəyə bölünür, nömrələnir və 
bir-birindən 20-25 m aralıda üz-üzə düzülürlər. Hər sıranın qarşısından 
bir addım aralıda xətt çəkilir. Hər xətdən yarım metr aralıda diametri 
bir addım olan dairə çəkilir. Dairənin mərkəzində toppuz qoyulur. 
Meydançanın mərkəzində bir-birindən yarım metr aralı, diametri bir 
addım olan daha iki çevrə çəkilir. Oyun başlanır. Müəllimin işarəsi ilə 
nömrələri çağırılan oyunçular toppuzları götürüb qaça-qaça öz 
dairələrinə qoyur və cəld müəllimin yanına yüyürürlər. Müəllimə daha 
tez çatan oyunçu bir xal qazanır, daha çox xal toplayan dəstə qalib 
sayılır.Eyni bir oyunçunu ikinci dəfə çağırmaq olmaz. Dairəyə 
qoyulmuş toppuz aşırsa, oyunçu qayıdıb onu düzəltməlidir. 
Qu-qu 
 


124 
Oyunçular iki dəstəyə bölünüb, meydançada bir-birinə qarşı 
sıraya düzülürlər. Dəstələrdən iki addım aralı bir-birinə paralel ağaclar 
basdırılır və onun üstündən şüvül (planka) qoyulur. Tullanış erindən 
10-15 m aralı qaçış xətti çəkilir. Püşk atılır. Dəstələr nömrələnir. Sonra 
hər dəstədən bir oyunçu qaçaraq ağacın üzərindən hoppanmağa çalışır. 
Əvvəl birinci, sonra isə ikinci dəstənin oyunçusu hoppanır. Oyunçular 
hamısı ağacın üstündən hoppanmağa çalışırlar. Hoppana bilməyən 
oyunçu bir xal itirir. Daha çox xal toplayan dəstə qalib gəlir. 
Hoppanarkən ağaca toxunmaq və qaçış xəttindən çıxmaq olmaz.
Qurmadaş 
 
 
Meydançanın ortasında böyük bir dairə çəkilir. Onun 
mərkəzində toppuz qoyulur. Toppuzdan 20-25 m aralı mərə 
qurulur – xətt çəkilir. Oyunçular iki dəstəyə bölünürlər və sıraya 
düzülürlər. Püşk atılır. Birinci dəstə mərə xəttində sıraya düzülür. 
Onlar növbə ilə top atır. Toppuzu vurub aşırmağa çalışırlar. Topu atan 
oyunçu keçib dəstənin sonunda dayanır. Toppuzu vurub – aşıran bir xal 
qazanır. Çox xal toplayan dəstə qalib hesab olunur. Oyunçu topu 
atarkən xətti tapdalaya bilməz.Toppuzu vurub aşıran oyunçu ikinci 
dəfə oyunu davam etdirə bilər. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə