126
Oyuna hazırlıq:
Oyunçular dairə boyunca düzülürlər. Qolları
yana qaldırıb qollararası seyrəltməklə bir addım geriyə atılırlar. Sonra
bir-iki saymaqla iki komandaya ayrılırlar.
Hər komandadan bir nəfər
kapitan seçilir. Kapitanlar dairənin qarşı tərəflərində üz-üzə dayanırlar.
Hər kapitana bir voleybol topu verilir.
Oyunun gedişi
: Müəllim komandası ilə kapitanlar topu sağ
tərəfdə dayanmış yaxın komanda yoldaşlarına ötürürlər. Onlar da topu
tutub növbəti yoldaşa atırlar. Bu qayda ilə
top bir də kapitana gəlib
çıxını qədər dairə boyunca ötürürlər. Kapitan topu alan kimi onu yuxarı
qaldırır. Bunu hansı komanda daha tez edirsə,
həmin komandaya bir
xal verilir. Oyun yenidən başlayır. Oyun 2-3 dəfə təkrar edilir. Axırda
hansı komandanın xalı çox olarsa,
həmin komanda udmuş hesab
olunur.
Metodik göstərişlər
: 1. Uşaqlara doldurulmuş toplar verilsə daha
yaxşı olar. 2. Sinifdə uşaqların sayı çox olduqda da iki dairə təşkil edib
oyunu keçirmək olar.
Gecə və gündüz
(Sürətlə qaçmaq üçün oyun)
Oyuna hazırlıq
: Meydançanın ortasında
bir xətt çəkilir və iki
hissəyə ayrılır. Hər hissənin axırında «şəhərcik» cızılır. Orta xətdən
«şəhərciyə» qədər 15-30 m məsafə olmalıdır.
Oyunçular iki
komandaya ayrılırlar. Komanda orta xəttin hər iki tərəfində bir
addımlıq
məsafədə durub, arxalarını orta xəttə tərəf çevirirlər.
«Şəhərciklər» hər komandanın qabaq tərəfində olur. Püşk üzrə
komandalardan biri «Gündüz», o biri isə «Gecə» olur.
Oyunun
gedişi
:
Müəllim orta xəttin yanında
durub
gözlənilmədən komandalardan birinin adını deyir. Adı çəkilən
komandanın oyunçuları öz «şəhərciklərinə» tərəf qaçır
və tez onun
içərisinə doluşmağa çalışırlar. Digər komandanın oyunçuları isə tez
dönüb qaçanları qovur və onlara toxunmağa çalışırlar.
Tutulmuş
oyunçular sayılır, qeydə alındıqdan sonra bütün oyunçular öz yerlərinə
qayıdırlar, oyun yenidən başlayır. Oyun çağırışların miqdarı hər
127
komanda üçün eyni olmaqla 4 dəfə aparılır. Axırda daha çox oyunçu
tutulmuş komanda qalib gəlir.
Dostları ilə paylaş: