L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə77/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
 


128 
Uzağa atmaqla vaxt qazanmaq 
 
Oyuna hazırlıq
: Sinif şagirdləri A və B komandalarına ayrılır 
(Sarılar və qırmızılar). Hər komandanın atanları və qaçanları olur. 
Meydançanın bir başında atma xətti çəkilir. Bundan iki addım qabaqda 
isə start xətti nişanlanır. Hər komandadan olan «qaçanlar» start 
xəttində dayanırlar. Qaçanların arxasında isə rəqib komandasının 
«atanları» dayanırlar. Atanların hərəsinə içərisi qumla doldurulmuş 
kisəciklər verilir. Kisənin rəngi rəqib komandaya məxsus rəngdə 
(sarılara qırmızı, qırmızılara sarı kisə verilir) olur. 
 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə bütün «atıcılar» əllərindəki 
kisəni «qaçanların» başları üzərindən gücləri çatan qədər uzağa atırlar 
(Hamı eyni vaxtda). «Qaçanlar» isə dərhal öz komandalarının rəngində 
olan kisələrdən birini götürüb cəld start xəttinə qayıdırlar. «Qaçanlar» 
start xəttinə daha tez qayıtmış komandaya bir qələbə xalı verilir. Sonra 
oyunçular yerlərini dəyişirlər (və vəzifələrini): Atanlar indi «qaçan», 
qaçanlar isə «atan» olurlar. Beləliklə, oyun 8 dəfə təkrar edilir. Daha 
çox xal toplayan qalib gəlir.
 
Metodik göstərişlər
: 1. Oyuna nəzarət etmək üçün müəllim 
özünə düzgün yer seçməlidir ki, start xəttinə hansı komandanın daha 
tez gəldiyini düzgün müəyyənləşdirə bilsin. 2. Bu iş üçün müəllim 
özünə köməkçi-şagirdlər də ayıra bilər. 3. Lazım olan kisəciklər 
uşaqlar vasitəsilə əvvəlcədən hazırlanmalıdır. 
Mütəhərrik hədəf 
(Hədəfə cisim atmaq üçün oyun) 
 
Oyuna hazırlıq
: Şagirdlər bir-birindən 2-3 m aralı olmaqla 
böyük dairə boyunca düzlənirlər. Oyunçuların pəncələri qabağında 
dairənin xətti çəkilir. Dairənin içərisində bir nəfər aparıcı dayanır. 
Oyunçulara voleybol topu verilir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə