L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə78/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   227
Muteherrik ve eylenceli oyunlar

 
Oyunun gedişi
: Müəllimin işarəsi ilə dairə boyunca düzlənmiş 
oyunçular əllərindəki topla aparıcını vurmağa çalışırlar. Aparıcı isə
dairənin içərisində o tərəf-bu tərəfə qaçmaqla özünü topdan yayındırır. 
Aparıcını topla vura bilən oyunçu dairəyə girib onu əvəz edir. Müəllim 
kimin neçə dəfə aparıcı olmasını hesaba alır. Axırda kim daha çox 
aparıcı rolunda oynamış olarsa, o da qalib sayılır. 


129 
Müəllimin topları dəstə başçılarına ötürüb «başla» komandası 
verir. Hər dəstənin oyunçusu topu atıb tuta-tuta müəllimin yanına 
yüyürür, qaçarkən topu yerə salmayan oyunçu I xal qazanır. Sonra hər 
oyunçu öz dəstəsinə qayıdıb topu növbədə duran yoldaşına ötürür, özü 
isə keçib sıranın sonunda durur. 
 
Metodik göstərişlər
: Topu hündürə atıb-tutmaq lazımdır.Topu 
müəllimə atmaq yox, vermək lazımdır. Topu itirən oyunçu sıradan 
çıxarılır. Qaçarkən bir-birini itələmək olmaz.
Dırmanmaq 
 
Yer və avadanlıq
: Bu oyun idman salonunda və ya bağda 
oynanılır. Dırmanmaq üçün bir gimnastika dirəyi və ya kəndir (kanat) 
bir alma və ya kök lazımdır. 
 
Oyuna hazırlıq
: Oyunda iştirak edənlərin hamısı dirəyin və ya 
kəndirin ətrafında diametri 2-3 m olan bir dairə təşkil edirlər. Dirək və 
ya kəndir 3-4 m hündürdən asılır, ondan bir metr kənarda isə bir 
qarmaq asıb, ona alma və ya kök bağlayırlar. Fikir vermək lazımdır ki, 
alma və ya kök daim hərəkətdə olsun.
 
Oyunun təsviri
: Oyunçular müəllimin göstərişi ilə bir-bir gəlib 
dizlərini və qarınlarını toxundurmadan kəndirə və ya gimnastika 
dirəyinə dırmanmağa başlayırlar. Dırmanmanın axırında oyunçu əlinin 
köməyi olmadan 25 saniyə ərzində çalışır ki, yırğalanan almanı və ya 
kökü ağzı ilə tutsun.Oyunçu dırmanarkən dizi və ya qarnı ilə kəndirə 
və ya qarnı ilə kəndirə və ya dirəyə toxunmuş olarsa, habelə almanı və 
ya kökü tuta bilməzsə, aşağı enməli, meydançanın ortasında durub 
yoldaşlarının istədiyinə əməl etməlidir (oxumalı, oynamalı və s.). Oyun 
20-30 dəqiqə davam edir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə