L a n q u L i y e V Mütəhərrik və əyləncəli oyunlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin , «2011»-ci IL tarixli saylı əmri ilə dərs



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə72/227
tarix19.12.2023
ölçüsü2,43 Mb.
#152712
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   227
Muteherrik ve eylenceli oyunlar

Paraşütçülər 
 
Oyuna hazırlıq
: Sinif iki paraşütçülər komandasına ayrılır. 
İdman zalında bir-birindən 3-4 m aralı sıra ilə və bir-birinə paralel üç 
gimnastika skamyası (təyyarə) qoyulur. Hər skamyanın sağ və sol 
tərəflərində 3-4 (diametri 30 sm) kiçik dairələr çəkilir. Bu dairələr 
paraşütçülərin uçub yerə düşməsi üçündür. Birinci komandanın 
paraşütçüləri «təyyarəyə» minirlər (Hər skamyanın üzərinə 8 nəfər 
çıxmışsa, bunlardan 4 nəfəri üzünü skamyanın sağında, 4 nəfəri isə 
solunda olan dairələrə tərəf çevirir. Digər komandanın oyunçuları 
oyuna nəzarət edirlər.

Oyunun gedişi
: Müəllimin işarəsi ilə paraşütçülər (hamısı eyni 
vaxtda) hərəsi öz dairəsinə düzgün tullanıb düşdükdən sonra və 
düşərkən müvazinəti saxlayan paraşütçü komandası bir xal qazanır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6. 


123 
Paraşütçülər oyunu: 
1-1-ci komanda; 2-2-ci komanda; 3-3-cü sm-lik dairə; 4-4 sm-lik 
dairə; 5-ci müəllim. 
 
Sonra birinci komandanın oyunçuları hakimlik edir, ikinci 
komanda isə hərəkəti yerinə yetirir. Oyun yenidən təkrar olunur. 
 
 
Milli xalq oyunları 
 
Kim tez yüyürər 
Oyunçular iki dəstəyə düzülüb, bir-birindən 10-12 m aralı 
üzbəüz dayanırlar. Hər dəstənin qarsışında diametri 1 m olan dairə 
çəkilir. Aparıcı oyunçuları nömrələyir. Sonra onun işarəsi ilə hər 
dəstənin I nömrəli oyunçusu dairəyə keçib yüyürməyə hazır vəziyyət 
alır. «Başla» əmri verilir. Hər oyunçu cəld yüyürüb rəqibin dairəsinə 
düşməyə çalışır. Rəqib dairəsinə daha tez çatan oyunçu bir xal qazanır. 
Beləliklə, daha çox xal toplayan oyunçu (dəstə) oyunu udmduş olur.
Yüyürərkən qarşılaşmaq olmaz. Rəqib dairəsinə əks tərəfdən daxil 
olmaq lazımdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə